Azərbaycan Tələbələr Birliyindən (ATB) tələbələrə hər tərəfli imkan

GƏNCLİK
11:35 17.03.2011
2248
Bu fəaliyyətlərə misal olaraq müxtəlif akademik və sosial problemlərin həllinə yönəldilmiş layihə, proqramlar, ictimai kampaniyaları və s. göstərmək olar. Həmçinin, qeyd edilən sahələrdə tələbələrin innovativliyinin də nəzərə alınması əsas prioritet istiqamətlərdən olmuşdur. 

Azərbaycan Tələbələr Birliyi olaraq öz üvlərimizə daha yaxşı sosial şərait yarada bilmək üçün daim çalışmışıq. Bu istiqamətdə əsas qazandığımız uğurlara misal olaraq üzvlərimizə müxtəlif biznes kampaniyalar və digər qurumlardan güzəştlərin əldə edilməsini göstərə bilərik. Son 10 gün içərisində Azərbaycan Tələbələr Birliyi 3 biznes kampaniyası ilə anlaşma memarandumu imzalamışdır. Bunlar Azərikonsaltinqservis MMC, ASR Treyninq və “Bakı Languages and Business School” kimi şirkətlərdir. Bu şirkətlər qəbul edilmiş memaranduma əsasən təklif etdikləri xidmətlərdə ATB üzvlərinə 15-20 % güzəştlər tətbiq etməyi qərara almışlar.

Həmçinin, 28 oktyabr 2010-cu il tarixində Azərbaycan Tələbələr Birliyi Kiprdə yerləşən Doğu Akdeniz Universiteti ilə də memarandum imzalamışdır. Memarandum ATB üzvlərinə çox böyük güzəştləri nəzərdə tutur. Beləki, Doğu Akdeniz Universitetində təhsillərini davam etdirmək istəyən ATB-nin oğlan üzvləri Universitetin yataqxana xərclərinin 50%-dən, qız üzvlər isə 100%-dən azad edilirlər. Bunda əlavə Universitetdə azərbaycanlı tələbələr üçün tətbiq edilən digər güzəştlər də mövcuddur. Bundan başqa ATB öz üzvlərinin xarici təcrübə proqramlarına cəlbini də əsas prioritet kimi qəbul etmişdir.

Azərbaycan Tələbələr Birliyində yenidən hazırlanmış üzvlük strategiyasına əsasən tələbələr üçün çox böyük şansların, imkanların yaradılmasına davam edəcəkdir. Məhz bunları nəzərə alaraq demək olar ki, Azərbaycan Tələbələr Birliyi hər bir tələbə üçün çox böyük imkanların yarandığı bir qurumdur.

OXŞAR XƏBƏRLƏR