Azərbaycan Tələbələr Birliyinin baş katibi könüllülük xidməti ilə bağlı beynəlxalq təlimdə iştirak edib

GƏNCLİK
14:51 09.12.2010
2214

Təlim zamanı əsas prioritet məsələ Avropa Birliyi və Şərqi Avropa ölkələrində Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) təkmilləşdirilməsi olmuşdur. Təlimdə 9 ölkədən 25 təşkilat nümayəndəsi iştirak etmişdir. İştirak edən hər bir nümayəndə Avropa Könüllülük Xidmətinin fəaliyyətinə cəlb olunmuş təşkilatları təmsil edirdi.

 

Təlim proqramı qeyri-formal təhsil növü kimi həyata keçirilərək bir çox mühüm praktiki biliklərin ötürülməsinə şərait yaradıb. Təlimin digər bir özəlliyi isə “öyrənməyi öyrənmək” fəlsəfəsinin aşılanması və real həyatda tətbiqi yollarının göstərilməsi olmuşdur.

Təlimin davamı olaraq Azərbaycan Tələbələr Birliyi bir sıra yeni tərəfdaşlarla gələcək perspektivləri müzakirə etmiş, həmçinin, könüllülük fəlsəfəsinin Azərbaycanda inkişafı üçün yeni məqsədlər təyin etmişdir.

Təlim zamanı, həmçinin, digər ölkələrdən olan iştirakçılara Azərbaycanın mədəniyyəti, tarixi, ictimai-siyasi həyatı və digər məsələlərlə bağlı ətraflı məlumat verilmişdir.

 

Qeyd edək ki, Avropa Könüllük Xidməti 1999-cu ildən başlanmışdır və indiyə qədər 10000-dən çox gənc cəlb olunmuşdur. ATB 7 noyabr 2010-cu il – 7 may 2011-ci il tarixləri arasında 4 rumın gəncin iştirakı ilə ekoloji layihə reallaşdırılmaqdadır. Layihə Avropa Könüllülük Xidməti çərçivəsində reallaşmaqdadır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet