Azərbaycanda Latviya kartofu və İspaniya soğanı yetişdiriləcək
Bütün Xəbərlər
06:00 25.04.2011
1698
Nazirlikdən verilən məlumata görə, bu layihənin həyata keçirilməsinə Fond tərəfindən 140 min manat güzəştli kredit vəsaiti ayrılıb.
Artıq Latviyadan 5 növ (“Laura”, “Maraten”, “Finka”, “Ariyella” və “Maniton” növləri) birinci reproduksiyalı yüksək keyfiyyətli 60 ton kartof toxumu, Türkiyədən isə yüksək məhsuldarlığa malik olan “Valensiya” (İspaniya) soğan toxumu gətirilib. Layihənin reallaşması nəticəsində təsərrüfatda hər il orta hesabla 1 000 ton kartof (o cümlədən 600 ton toxumluq) və 1 900 ton baş soğan istehsalı mümkün olacaq.
Gətirilmiş məhsuldar toxumlardan həmçinin Gədəbəy, Şəmkir, Tovuz və Göygöl rayonlarında da əkilib. Həmin rayonlarda fəaliyyət göstərən sahibkarlara da yüksək məhsuldarlığa malik toxumların alınması üçün güzəştli kredit ayrılacaq.