Ucar rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Şəhər sakini 34 yaşlı Aynur Seyidova yaşadığı evdə üstünə neft tökərək özünə od vurub. Ailə üzvləri onu sondürməyə cəhd etsələr də, mümkün olmayıb. A.Seyidova tamamilə yanıb. Ağır vəziyyətdə Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum uzun müddət yataq xəstəsi olub. Onun mədəsində bədxassəli şiş, boğazında zob olub, eyni zamanda baş ağrılarından əziyyət çəkib. Üç il ərzində dəfələrlə ağrılara dözmədiyini, özünü öldürmək istədiyini deyib. Hətta bir neçə dəfə özünü öldürməyə cəhd etsə də, ailə üzvləri bunun qarşısını alıb.
Faktla bağlı Cinayət Məcəllləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
//milli.az