"İşğaldan azad edilmiş ərazilərdə idxal güzəştlərinin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin dairəsi genişləndirilib.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, kənd təsərrüfatı istehsalının bir sira sahələri- şərabçılıq, həmçinin müəyyən tikinti materiallarının istehsalı güzəşt tətbiq edilən fəaliyyət sahələrinə əlavə edilib.
Fəaliyyət sahələri üzrə istifadə olunan bir sıra xammal, material, texnika, texnoloji avadanlıq və qurğuların idxalı da əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən malların siyahısına daxil edilib.
Qərarın əsas məqsədlərindən biri də işğaldan azad edilmiş ərazilərdə yeni texnologiyaların və müasir avadanlıqların tətbiqinin təşviq edilməsidir.











































