Azad Rəhimov: "Ramil Quliyevi dünyada heç kim tanımırdı"

Azad Rəhimov: "Ramil Quliyevi dünyada heç kim tanımırdı"
İDMAN
21:20 22.12.2010
3226

Gənclər və idman naziri Azad Rəhimov “Fənərbaxça” klubunun şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyevin Azərbaycana gəlməməsi, fəaliyyəti barədə Atletika Federasiyasına məlumat verməməsi, millimizin tərkibində çıxış etməməsi ilə bağlı açıqlama verib. Nazir “Fənərbaxça” klubundan Azərbaycan Atletika Federasiyasına müraciət ünvanlandığını, federasiyanın idmançının orada çıxış etməyə razılıq verdiyini vurğulayıb: “Təəssüf ki, R.Quliyev bir neçə dəfə Avropada keçirilən yarışlarda Azərbaycan millisinin tərkibində iştirak etməyib. O, buna zədəli olmasını səbəb olaraq göstərib. Ancaq araşdırdıq və məlum oldu ki, yığmanın tərkibində olmadığı vaxtlarda o, kommersiya baxımından başqa komandanın tərkibində olub. Onun heç bir zədəsi olmayıb. Nazirlik buna heç cür yol verə bilməz, ona görə bu məsələni qaldırmışıq. R.Quliyev Bakıya qayıtmalı, burada yığmanın tərkibində çıxış etməlidir. İnanırıq ki, yaxın zamanlarda o, Bakıya qayıdıb bu barədə açıqlama verəcək. ABŞ-da Türkiyədən də yaxşı şərait yaradıla bilər. R.Quliyevi dünyada heç kim tanımırdı. O bir idmançı kimi Azərbaycanda formalaşıb, Azərbaycanın suyunu içib, çörəyini yeyib, buranın da millisində çıxış etməlidir”.

Nazir onu da qeyd edib ki, R.Quliyev Azərbaycan millisində iştirak etmək istəmirsə, qanunla 3-4 il heç bir komandanın üzvü kimi ayrı dövlətin bayrağı altında çıxış edə bilməz: "Dopinq agentliyi bir neçə dəfə onu axtarıb, yerində olmayıb, federasiya sarı vərəqə alıb. Bu heç də yaxşı hal deyil. O, Azərbaycanın Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. Dərslərə, imtahanlara gəlmir. R.Quliyev gəlib federasiyaya bu məsələlər barədə açıqlama verməlidir”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
13:39 02.10.2026
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
13:11 02.10.2026
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Azyaşlıların hicab bağlamasına münasibətiniz necədir? – VİDEOSORĞU
13:03 02.10.2026
Azyaşlıların hicab bağlamasına münasibətiniz necədir? – VİDEOSORĞU
Leysan, dolu, qar... - Sabahın havası
13:01 02.10.2026
Leysan, dolu, qar... - Sabahın havası
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
12:52 02.10.2026
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
12:43 02.10.2026
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
12:27 02.10.2026
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
“Qələbə, diplomatiya, enerji...” – Azərbaycanın beynəlxalq nüfuzunun sirri nədir?
12:25 02.10.2026
“Qələbə, diplomatiya, enerji...” – Azərbaycanın beynəlxalq nüfuzunun sirri nədir?
Nailə Kələntərliyə vəzifə verildi
12:18 02.10.2026
Nailə Kələntərliyə vəzifə verildi
Ruhiyyə Rəfiyeva işdən çıxarıldı
12:16 02.10.2026
Ruhiyyə Rəfiyeva işdən çıxarıldı
Həyat yoldaşını döyən tanınmış rəqqasa cinayət işi açıldı - məhkəməyə verildi
12:15 02.10.2026
Həyat yoldaşını döyən tanınmış rəqqasa cinayət işi açıldı - məhkəməyə verildi
Sumqayıtda məktəblilər bundan zəhərlənib - FOTOLAR
12:08 02.10.2026
Sumqayıtda məktəblilər bundan zəhərlənib - FOTOLAR
İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
12:00 02.10.2026
İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
“Heydər Əliyev həmin dövrdə rəhbər olsaydı...”
11:58 02.10.2026
“Heydər Əliyev həmin dövrdə rəhbər olsaydı...”
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
11:41 02.10.2026
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
11:39 02.10.2026
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik