AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi - FOTOLAR

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi - FOTOLAR
İQTİSADİYYAT
16:38 01.10.2026
196
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo” təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı təyyarələrin ümumi sayı 31-ə çatıb.

Yeni "Airbus A321neo” təyyarəsi yüksək tələbat olan istiqamətlərdə daşıma imkanlarının genişləndirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verir. Bu tip yeni nəsil təyyarələrin donanmaya ardıcıl daxil edilməsi uçuş proqramının planlaşdırılmasında çevikliyi artırır və sərnişin axınının mövsümi dəyişməsinə uyğunlaşmağa kömək edir.

Yeni təyyarə müasir "Airspace” salon konsepsiyası, bortdaxili əyləncə sistemi və yüksək sürətli "Wi-Fi” xidməti ilə təchiz olunub. Yenilənmiş interyer, geniş əl yükü bölmələri və tənzimlənən işıqlandırma sərnişinlərin rahatlığına xidmət edir. "Airbus A321neo” əvvəlki nəsil modellərlə müqayisədə hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası ilə seçilir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları ilk "Airbus A321neo” təyyarəsini 2026-cı ilin iyul ayında qəbul edib. İkinci "A321neo”nun gəlişi ilə cari ildə donanmaya əlavə olunan yeni təyyarələrin ümumi sayı beşə çatıb. İlin sonunadək bu tipli daha iki hava gəmisinin tədarükü nəzərdə tutulur.

Azərbaycanın milli aviadaşıyıcısı təyyarə tədarükünü uzunmüddətli inkişaf proqramı çərçivəsində ardıcıl şəkildə davam etdirir. Proqramın məqsədi donanmanı genişləndirməklə yanaşı, onun tərkibində müasir hava gəmilərinin payını yüksəltmək və gələcək sərnişin daşımaları üçün dayanıqlı əməliyyat bazası formalaşdırmaqdır.

Bu çərçivədə Azərbaycan Hava Yolları 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı hədəfləyir. Donanmanın yenilənməsi marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin yüksəldilməsi, sərnişinlərə təqdim olunan xidmətlərin təkmilləşdirilməsi və pilotların peşəkar hazırlığının gücləndirilməsi ilə paralel aparılır.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür
18:11 01.10.2026
Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür
“Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı keçirildi - FOTOLAR
17:58 01.10.2026
“Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı keçirildi - FOTOLAR
ABŞ-də işsizlik müavinəti üçün müraciətlər azaldı
17:47 01.10.2026
ABŞ-də işsizlik müavinəti üçün müraciətlər azaldı
Şəhid Mahmud Əhmədovun qızı məktəbəqədər hazırlıq kursuna başladı - FOTOLAR
17:41 01.10.2026
Şəhid Mahmud Əhmədovun qızı məktəbəqədər hazırlıq kursuna başladı - FOTOLAR
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
17:32 01.10.2026
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
17:29 01.10.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Lənkəranda ahıl şəxslər üçün bayram tədbiri təşkil edildi
17:17 01.10.2026
Lənkəranda ahıl şəxslər üçün bayram tədbiri təşkil edildi
“Dezinformativ məlumatlar həmişə daha cazibədar görünür”
17:15 01.10.2026
“Dezinformativ məlumatlar həmişə daha cazibədar görünür”
Dünya ölkələrində ombudsmanlar nə qədər maaş alır? - MƏBLƏĞLƏR
17:13 01.10.2026
Dünya ölkələrində ombudsmanlar nə qədər maaş alır? - MƏBLƏĞLƏR
Oktyabr ayında bürcləri nə gözləyir? - PROQNOZ
17:04 01.10.2026
Oktyabr ayında bürcləri nə gözləyir? - PROQNOZ
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi - FOTOLAR
16:38 01.10.2026
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi - FOTOLAR
Güclü yağışlar başlayır: temperatur 10 dərəcə enəcək
16:35 01.10.2026
Güclü yağışlar başlayır: temperatur 10 dərəcə enəcək
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
16:31 01.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
“Süni intellektdən istifadəyə qarşı deyilik, sui-istifadəyə qarşıyıq”
16:13 01.10.2026
“Süni intellektdən istifadəyə qarşı deyilik, sui-istifadəyə qarşıyıq”
3 min alırdı, 12 min manat alacaq – “Yüksək maaş korrupsiyanın qarşısını almaq üçün verilir”
16:04 01.10.2026
3 min alırdı, 12 min manat alacaq – “Yüksək maaş korrupsiyanın qarşısını almaq üçün verilir”
Kirayə evdə qalanlar bu pulu da ödəməlidir - MƏBLƏĞ
15:53 01.10.2026
Kirayə evdə qalanlar bu pulu da ödəməlidir - MƏBLƏĞ