Azarkeşlər irqçi şüar səsləndirdilər, futbolçu meydanı tərk etdi - VİDEO

Azarkeşlər irqçi şüar səsləndirdilər, futbolçu meydanı tərk etdi - VİDEO
İDMAN
12:57 17.02.2020
6858

Portuqaliya liqasında "Porto” "Viktoriya Quimareş” oyununda hər kəsi təəcübləndirən hadisə yaşanıb. 

AzxeberSport xəbər verir ki, qonaqlar matçın 69-cu dəqiqəsində Musa Mareqa ilə ikinci qola seviniblər. Mareqanın qolundan sonra yerli azarkeşlərin irqçi təzahüratları başlayıb. Dəqiqələr boyu susmayan azarkeşlər "Porto”lu hücumçunun üzülərək matçı tərk etməsinə səbəb olublar.

Komanda yoldaşları Musa Mareqanı nə qədər saxlamağa cəhd etsələr də, ikinci qolun müəllifi heç kəsi dinləməyib. Matçın 78-ci dəqiqəsində oyundan çıxarkən hakim Musa Mareqaya sarı vərəqə göstərib. Oyunçunu digər komanda yoldaşı Manefa əvəzləyib.

Matçdan sonra isə Mareqa İnstaqram sosial şəbəkəsində "təkçə irqçi təzahüratlar üçün stadiona gələn insanlar sadəcə axmaqdır. Bu cür hadisələr həqiqətən futbolu çirkinləşdirir” deyə paylaşım  edib.

Qeyd edək ki, matç "Porto”nun 1:2 hesablı üstünlüyü ilə yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR