Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görüldü

Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görüldü
İQTİSADİYYAT
20:43 24.06.2026
293


Azər Türk Bank beynəlxalq nüfuza malik Capital Finance International (CFI.co) tərəfindən "Green Banking Sustainability Pioneer Azerbaijan 2026” ("Azərbaycanda Yaşıl Bankçılıq və Dayanıqlılıq üzrə Pioner Bank - 2026”) mükafatına layiq görülüb.

Bu nüfuzlu mükafat bankın dayanıqlı inkişaf prinsiplərinin fəaliyyətə inteqrasiyası, ESG yanaşmasının tətbiqi və yaşıl maliyyələşdirmənin təşviqi istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

CFI.co ekspertlərindən ibarət münsiflər heyəti Azər Türk Bank-ın ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini biznes proseslərinə sistemli şəkildə inteqrasiya etməsini, eləcə də ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşmasına verdiyi töhfəni yüksək qiymətləndirib.

Bank dayanıqlı inkişaf strategiyası çərçivəsində Azərbaycan Mərkəzi Bankının hazırladığı "2023-2026-cı illər üçün Dayanıqlı Maliyyə Yol Xəritəsi”nin prioritet istiqamətlərinə uyğun fəaliyyət göstərir. ATB yaşıl maliyyələşdirmə portfelini genişləndirir, həmçinin milli Yaşıl Taksonomiya və beynəlxalq dayanıqlı bankçılıq standartlarına uyğun maliyyə həllərini tətbiq edir.

Bu istiqamətdə mühüm addımlardan biri kimi 2025-ci ildə bank tərəfindən təqdim edilən "Green Business” məhsulu bərpa olunan enerji, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması, səhiyyə və ətraf mühitin mühafizəsi sahələrində layihələrin maliyyələşdirilməsinə xidmət edir. Məhsul dayanıqlı inkişaf təşəbbüslərini həyata keçirən sahibkarlara əlverişli maliyyələşdirmə şərtləri və əlavə üstünlüklər təqdim edir.

Qazanılan mükafat Azər Türk Bank-ın dayanıqlı maliyyələşdirmə sahəsində aparıcı mövqeyini bir daha təsdiqləyir və bankın müştərilər, cəmiyyət və ətraf mühit üçün uzunmüddətli dəyər yaratmaq öhdəliyinə sadiqliyini nümayiş etdirir.

Capital Finance International (CFI.co) iqtisadiyyat, maliyyə və biznes sahələrini əhatə edən beynəlxalq nəşrdir. CFI.co-nun illik mükafat proqramı innovativ yanaşmaları, qabaqcıl təcrübələri və fəaliyyət göstərdikləri sahələrin inkişafına mühüm töhfə verən təşkilatları qiymətləndirir və mükafatlandırır.

OXŞAR XƏBƏRLƏR