Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək
SOSİAL
00:26 01.09.2026
114
Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 666 min manat vəsait ayrılıb.

Layihə çərçivəsində 3 ikiotaqlı və 6 üçotaqlı mənzil alınacaq.

Mənzillərin Ağstafa rayonunda yerləşməsi və müəyyən edilmiş tələblərə uyğun olması nəzərdə tutulur. Layihənin əsas məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin, xüsusilə şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Yeni mənzillərin təqdim edilməsi bu kateqoriyadan olan ailələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına və onların sosial təminatının gücləndirilməsinə imkan verəcək.
OXŞAR XƏBƏRLƏR