Azərbaycan agentliyinin dünyada tanınmasının unikal sübutu - FOTO

Azərbaycan agentliyinin dünyada tanınmasının unikal sübutu - FOTO
MEDIA
13:38 14.12.2017
1125

Uğurlar barədə yazmaq həmişə xoşdur. Ələlxüsus da həmkarlarımızın dünya miqyasında ciddi tanınmasından söhbət gedirsə.

AZXEBER.COM Milli.az-a istinadən xəbər verir ki, misal qismində "Bloomberg" agentliyinin xəbər lentinə nəzər salanda əmin olursan ki, "Trend" agentliyinin timsalında Azərbaycan kütləvi informasiya vasitələri sferasında beynəlxalq miqyasda ciddi oyunçuya malikdir.

"Trend" agentliyindəki həmkarlarımızın peşəkarlığına və dünyadakı nüfuzlarına bir daha şahid oluruq. Yalnız noyabr ayında "Bloomberg" agentliynin xəbər lentində "Trend"in Xəzər və Orta Asiya regionlarındakı proseslərdən bəhs edən 150-dən artıq materialı yerləşdirilib.

Fikrimizcə, "Bloomberg" agentliyi "Trend"in xəbərlərində ölkəmizlə bağlı daha aktual və mühüm xəbərlər də tapa bilərdi, lakin istənilən halda görürük ki, məhz Azərbaycanın "Trend" agentliyi regiondan xəbərlərin daha nüfuzlu və etibarlı istehsalçısıdır.

Həmişə demişik və deyirik ki, Azərbaycan mediasının ümumi səviyyəsi regionda ən üst səviyyədə, postsovet məkanda isə ən yüksək səviyyələrdən birindədir. Bütün bunlar Prezident İlham Əliyevin milli mətbuata daimi qayğısı və Azərbaycan jurnalistikasının problemlərinin həllinə göstərdiyi diqqətin nəticəsidir.

"Trend" Beynəlxalq Xəbər Agentliyinin qlobal informasiya məkanında mövcudluğu isə nüfuzlu dünya KİV-lərinə və oxucularına bilavasitə Azərbaycan media vasitəsinin səhifələrindən xəbərləri çatdırmağa imkan verir.

Bu, məntiqi, heyrətamiz və çox mühüm uğurdur.

Təbrik edirik!

OXŞAR XƏBƏRLƏR