Azərbaycan Beynəlxalq Bankı MDB və Qafqazın ən innovativ bankları sırasında

Azərbaycan Beynəlxalq Bankı MDB və Qafqazın ən innovativ bankları sırasında
İQTİSADİYYAT
10:34 31.03.2021
541
Azərbaycan Beynəlxalq Bankı kiçik və orta biznes sahəsində ən böyük beynəlxalq icmalardan olan SME Banking Club tərəfindən müəyyən edilmiş - MDB və Qafqaz ölkələri arasında kiçik və orta biznesə innovativ imkanlar yaradan 20 ən yaxşı bankın reytinqində öz yerini tutub.

AZXEBER.COM xəbər verir ki, ən innovativ banklar sırasında həmçinin Sberbank, AlfaBank, Rayffayzenbank (Rusiya), Priorbank (Belarus), Bank of Georgia (Gürcüstan), Halyk Bank (Qazaxıstan) və digər banklar təmsil olunur. Klubun ekspertləri bu seçimləri il ərzində bank sektorunda baş verən yeniliklərin təhlili, bankların tətbiq etdiyi innovativ texnologiyaların qiymətləndirilməsi əsasında aparıblar. Regionun ən innovativ bankları, əsasən, iki meyar üzrə müəyyənləşib. Bunlar Sahibkarlar üçün rəqəmsal həllər və biznesə fəal maliyyə dəstəyidir. Ötən il bank sektorunda özünü göstərən innovativ yeniliklər, əsas trendlər, ayrı-ayrı bankların effektiv təcrübələri ilə bağlı aprelin 23-də keçiriləcək "Digital Forum 2021” tədbirində ətraflı təqdimatlar olacaq. Hesabat barədə daha ətraflı buradan məlumat əldə etmək olar.

Qeyd edək ki, innovativlik, müştərilər üçün ən yaxşı rəqəmsal təcrübələrin yaradılması, eləcə də kiçik və orta biznesin maliyyələşdirilməsi Azərbaycan Beynəlxalq Bankının strateji hədəflərində əsas yer tutur. Bank ötən il sahibkarlar üçün bir sıra innovativ imkanlar yaradıb. Eyni zamanda, onların işinə fayda verəcək FinTech texnologiyalarının inkişafı üçün IBA Innovasiya Mərkəzini təşkil edib. Bu mərkəzdə startap layihələrinin akselerasiya və inkubasiyası həyata keçirilir. Azərbaycan Beynəlxalq Bankı sahibkarların işgüzar platforması olan Sahibkarlar Klubunu da yaradıb.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə
12:53 30.07.2026
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə
Yüksək sürətin qurbanı olan Adilin - Fotosu
12:50 30.07.2026
Yüksək sürətin qurbanı olan Adilin - Fotosu