Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə ölkəmizdə ilk dəfə ilin iş adamı seçiləcək

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə ölkəmizdə ilk dəfə  ilin iş adamı seçiləcək
İQTİSADİYYAT
12:57 24.04.2020
1259
Böyük audit-konsaltinq şirkətlərindən olan "EY Azərbaycan”ın Azərbaycan Beynəlxalq Bankı və BP-Azərbaycan şirkətinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirdiyi "EY İlin İş Adamı™” müsabiqə-proqramına qəbul başa çatıb. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin də strateji tərəfdaşlıq dəstəyi göstərdiyi proqrama onlarla kiçik və orta sahibkar müraciət edib.

Müvafiq meyarlara uyğun seçim prosedurundan sonra 12 iddiaçı finalda qalib olmaq uğrunda yarışacaq. Onların hər biri fərqli sahələr üzrə fəaliyyət göstərən iş adamlarıdır. Azərbaycanda "EY İlin İş Adamı™” adını qazanmaq üçün yarışan iş adamları sırasında dəmir məmulatları, boru, şüşə, mebel, kənd təsərrüfatı məhsulları istehsalı, tikinti, neft-qaz sənayesi, onlayn biznes və s. sahələrdə çalışan sahibkarlar var.

Qeyd edək ki, "EY İlin İş Adamı™” müsabiqəsinin məqsədi öz cəmiyyətində, ölkəsində, ümumən dünyada həyat keyfiyyətlərini yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən sahibkarların nailiyyətlərini tanıtmaqdır. Proqram 30 ildən çoxdur ki, təsis edilib. Hazırda 60-dan çox ölkədə, 145 şəhərdə hər il mütəmadi keçirilir. "EY İlin İş Adamı™” proqramında iştirak sahibkarlara öz həmkarları ilə əlaqə qurmaq, bizneslərini böyütmək, şirkət və komanda profillərini yüksəltmək üçün yeni imkanlar yaradır.

Azərbaycanda bu müsabiqəyə ilk dəfə qatılan finalçı sahibkarların biznes nailiyyətləri nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər tərəfindən qiymətləndiriləcək. 25 aprel 2020-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq onlayn qaydada baş tutacaq tədbirdə qalib elan olunacaq. Final mərhələsinin qalibi olan sahibkar "EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Sahibkarların etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı belə bir proqramın ölkəmizdə təşkilinə kömək göstərməklə yerli sahibkarların nailiyyətlərinin dəstəklənməsinə, motivasiyasına, onların bir araya gətirilməsinə və sahibkarlar arasında işgüzar əlaqələrin inkişafına çalışır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc