Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar.
Medallardan 1-inin əyarı qızıl, 2-si gümüş, 4-ü isə bürünc olub.
Oktyabrın 4-də startı verilən yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu adını qazanıb.
Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatına sabah qarışıq komanda yarışları ilə yekun vurulacaq.
///report///











































