"Azərbaycan döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də qələbələr qazanır"

"Azərbaycan  döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də qələbələr qazanır"
SİYASƏT
12:22 10.04.2022
612
ATƏT-in Minsk Qrupunun yarandığı vaxtdan qəbul etdiyi sənədlərə diqqət yetirsək, bu sənədlərdə indiyədək bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən söhbət açılmayıb, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə açıq şəkildə etirazını bildirib, münaqişənin yalnız Minsk Qrupu çərçivəsində, özlərinə sərf edən şəkildə həllini iddia edib. Bu qurum indiyədək Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını öz üzərinə götürməyib və demək olar ki, 30 ildən artıq müddətdə bütün dünyanı öz saxtakarlığı ilə aldadıb.
ATƏT-in Minsk Qrupu bir vaxt hazırladığı bəyanatı düşünülmüş şəkildə bir neçə dəfə yaymış və hazırladıqları, yalnız kağız üzərində qalan bəyanatın nəticəsinə belə əhəmiyyət verməmişdir. Ermənistan tərəfi də şübhəsiz ki, bu bəyanatlara laqeyd yanaşaraq öz işğalçı işlərini davam etdirmişdir. Durmadan cəbhəboyu ərazilərdə təxribatlar törətmiş, dinc əhalini qətlə yetirmiş, yaşayış məntəqələrinə ciddi ziyan vurmuşdur. 

ATƏT-in Minsk Qrupu indiyədək demək olar ki, Ermənistanın işğalçılığına göz yummuş və münaqişəni həll etmək mövzusunda tamamilə fəaliyyətsiz olmuşdur. Belə ki, 30 il müddətində bu qurumun nəzərə çarpacaq heç bir işi olmamışdır.

Nəhayət Azərbaycan öz tarixi torpaqlarını uzaqgörən siyasətçi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mükəmməl, hazırlıqlı ordumuz və igid, vətənpərvər övladlarımızın sayəsində, onların qanı, canı bahasına 30 illik işğaldan azad etdi. Lakin Azərbaycan tərəfinin öz əzəli-əbədi torpaqlarını azad etməsindən bir ildən artıq bir müddət keçməsinə baxmayaraq erməni tərəfi sülh müqaviləsi bağlamağa və sərhədlərin delimitasiyasına bu vaxtadək razı olmurdu. 

2021-ci  ilin 14 dekabrında ilk dəfə Brüsseldə üçtərəfli görüş keçirilmişdir. Həmin vaxt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Brüssel gündəliyi formalaşdırılmışdır. Bu günə qədər İlham Əliyev və Şarl Mişel arasında dəfələrlə telefon danışıqları və yazışmalar olub. 

Avropa İttifaqı Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı tərəfdir. Belə ki, Azərbaycan və Ermənistan respublikaları arasında on illərlə mövcud olan problemlərin aradan qaldırılması və tezliklə sülh sazişinin bağlanmasının tərəfdarı olduğunu bildirir və buna nail olmaq üçün yardımçı olmağa çalışır. 

2022-ci il aprel ayının 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı qəbul edib. Şarl Mişel görüşdə 2021-ci ilin dekabr ayında - müharibədən sonrakı dövrdə keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini qeyd edib.

Tədqirəlayiq bir haldır ki, Şarl Mişel Brüssel görüşlərinin nəticələri ilə əlaqədar hazırlanan bəyanatda "Dağlıq Qarabağ” sözünü işlətməyib. Azərbaycanda qoşunların yerinin dəyişdirilməsini də Azərbaycanın öz daxili işi kimi qələmə verib. Bu bəyanatda ATƏT-in Minsk Qrupunun adına rəst gəlinməməsi də onu göstərir ki, artıq bu strukturun heç bir səlahiyyətləri qalmayıb.

Görüş qarşılıqlı anlaşma şəklində keçib. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü, regionda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib olan beş maddəlik təklifi qəbul edib. Sənəddə olan əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. 

Brüssel görüşündə eyni zamanda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaradılıb və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlanması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılmağa başlayıb.

Bildiyimiz kimi 44 günlük müharibədə Azərbaycanın zəfər çalmasından sonra ermənilərə əraziləri tərk etmək üçün vaxt verilmişdi. Ermənilər isə verilən bu vaxtdan istifadə edərək Azərbaycanın ərazilərinə minlərlə mina basdırıb getdilər. Müharibənin qanunlarına görə müharibə bitdikdən sonra basdırılan minaların xəritəsi digər tərəfə təqdim edilməlidir, lakin Ermənistan tərəfi hələ də buna əməl etmir. Bunun nəticəsidir ki, onlarla dinc sakin bu minalara düşərək həyatını itirib və yaxud ömürlük şikəst olub. Minaların təmizlənməsi isə çox uzun vaxt aparır. Odur ki, gözü yolda qalan qaçqın və köçkünlərimiz öz yurd yuvalarına geri qayıda bilmirlər. Brüssel görüşündə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində, itkin düşmüş şəxslərin tapılmasında, eləcə də bu ərazilərdə quruculuq və bərpa işlərində Avropa İttifaqının da yaxından iştirak edəcəyi və Azərbaycana dəstək olacağı nəzərdə tutulduğu qeyd olunub.

Brüssel görüşü görkəmli, uzaqgörən siyasətçi, Prezident İlham Əliyevin növbəti  diplomatik uğuru idi. 

Avropa İttifaqı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi regional lider kimi qəbul edir və dəstəkləyir.

Ermənistanın son vaxtlar hər hansı bir iddialarla prosesi ləngitmək cəhdləri cənab Prezidentimiz İlham Əliyevin böyük siyasəti və nüfuzu sayəsində iflasa uğrayır. Azərbaycan qısa müddətdə döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də böyük qələbələr qazanmaqdadır.

Sevindirici haldır ki, Azərbaycan Prezidenti öz savadı, bacarığı, siyasəti, diplomatiyası ilə bütün dunyada tanınmış və hörmət qazanmışdır. 
 
Şəhla Ağbulud

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
18:54 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
18:41 08.10.2026
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
18:31 08.10.2026
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
18:18 08.10.2026
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
17:48 08.10.2026
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
17:40 08.10.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
16:20 08.10.2026
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
16:19 08.10.2026
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
16:16 08.10.2026
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
16:08 08.10.2026
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar