Azərbaycan əleyhinə paylanılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan əleyhinə paylanılan məlumatlara aydınlıq gətirildi
Bütün Xəbərlər
14:08 31.08.2015
674

Azərbaycanın Sankt-PeterburqdakıBaş Konsulluğu Azərbaycanıneks-prezidenti, ümummilli lider  Heydər Əliyevin şərəfinə inşa olunan xatirə lövhəsinin götürülməsi tələbi ilə ermənilərin şəhərdə keçirdikləri qarayaxma kampaniyası barədə KİV-də yayılan məlumatlara aydınlıq gətirib.

AZXƏBƏR.COM xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamovun "Report"a bildirdiyinə görə, bu informasiya köhnəlmişdir və bunaəhəmiyyət vermək lazım deyil.

Onun sözlərinə görə, bu informasiya ilə bağlı Baş Konsulluq Rusiyanın müvafiq orqanlarına müraciət edib: "Bundan əlavə, biz özümüz ora yaxın ərazilərə baxış keçirdik və heç bir vərəqələrərast gəlmədik. Biz, həmçininümummilli liderin şərəfinə ucaldılmış xatirə lövhəsinə də baxış keçirdik və orada heç bir dəyişiklik görmədik. Lövhə tər-təmizdir və yerində durur".

Bir qədər əvvəl KİV-də Sankt-Peterburq küçələrində 2005-ci ildə Qoroxovaya küçəsində ümummilli lider Heydər Əliyevin şərəfinə ucaldılan xatirə lövhəsinin demontaj olunması ilə bağlı şəhər hakimiyyət orqanlarına müraciət xarakterli vərəqələrin yapışdırıldığı haqqında informasiya dərc olunmuşdu.

OXŞAR XƏBƏRLƏR