Azərbaycan – Ermənistan 3:0

DÜNYA
00:12 27.06.2012
2321
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarışın növbəti günündə daha 4 həmyerlimiz rinqə çıxıb.50 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev litvalı Yaroslav Karpoviçi 18:7 hesabı ilə məğlub edərək, ¼ finala vəsiqə qazanıb. Avropa birinciliyindəki 3-cü Azərbaycan-Ermənistan mübarizəsi boksçularımızın üstünlüyü ilə yekunlaşıb. Bu dəfə Elnur Şəfizadə (48 kq) Artur Qeinşapyan üzərində 17:14 hesabı ilə qələbə qazanıb.Xatırladaq ki, buna qədər Məhəmmədəli Tahirov (80+kq) və Orxan Əliyev də (80kq) erməni rəqiblərini məğlub etmişdilər. 52 kq çəki dərəcəsində yarışan Məsud Yusifzadə ilk görüşdə qalib gəlsə də, ikinci qarşılaşmada Ukrayna idmançısı Vitali Solyanikə 11:15 hesabı ilə uduzaraq, yarışdan kənarda qalıb.Şamil İbrahimzadə isə (57 kq) ikinci döyüşünü də qalibiyyətlə yekunlaşdırıb. Boksçumuz bu dəfə İngiltərəni təmsil edən Sahir İqbalı 10:5 hesabı ilə üstələyib. Avropa birinciliyinə13 boksçu ilə yollanan milli komandamızdan hələ ki 4 idmançı mübarizəni dayandırıb.

OXŞAR XƏBƏRLƏR