Azərbaycan Ermənistanın bütün təxribatlarına layiqli cavab verəcək

SİYASƏT
18:16 22.09.2020
505

Bu gün Azərbaycan Ordusu Ermənistanın başlatdığı hərbi təxribatlara layiqli cavab verməyə qadirdir.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Ermənistanın rəhbərliyi süni danışıqlarla Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə mane olur, status-kvonu indiki vəziyyətdə saxlamağa çalışır:

"İyul ayında baş verən hərbi təxribat, mülki vətəndaşlara qarşı terror aktları, avqustda diversiya qrupunun göndərilməsi Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Ancaq Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etmək və Ermənistanın bu siyasətinə qoşulmaq niyyətində deyil.

Faktiki olaraq Ermənistanın rəhbərliyi uzun müddətdir ki, təcavüzkar siyasətini davam etdirir və ardıcıl təxribatlar törətməklə danışıqlar prosesini pozur. Ali Baş Komandan cənab İlham Əliyevin də bəyan etdiyi kimi, indiki şəraitdə işğalçı dövlətin rəhbərliyinin cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqların əhəmiyyətini itirir. Paşinyan öz cəfəng fikirləri ilə danışıqlar prosesinə ciddi zərbə vurur və "Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini mənasız edir”.

A.Hüseynov qeyd edib ki, Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq və oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslardan söhbət gedə bilməz:

"Bu gün BMT öz qəbul etdiyi qətnamələrə əməl olunmadığını görür, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, digər beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığı ilə bağlı qəbul etdikləri sənədlərə məhəl qoyulmadığının şahididirlər, ATƏT-in Minsk qrupu sülh danışıqlarının heç bir nəticə vermədiyini çox yaxşı anlayır. Belə bir vəziyyətdə Azərbaycanın öz torpaqlarını azad etməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamasını da artıq yaxşı dərk etməlidirlər”.

Deputat bildirib ki, bu gün Ermənistan bütün gücü ilə silahlanmağa, müharibəyə hazırlaşır:

"Ermənistanın təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Əgər Ermənistan öz çirkin planlarından əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq. Azərbaycanın bir şərti var, işğalçı Ermənistan hərbçiləri torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdır.

Prezidentimizin də ötən gün bəyan etdiyi kimi, əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, BMT-nin qətnamələrinə məhəl qoymursa, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün zəruri addımları atacaq. Azərbaycan heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq. Azərbaycan döyüş əzmi, hərbi gücü və digər məsələlərdə Ermənistandan müqayisəolunmaz dərəcədə yüksəkdədir.

Azərbaycan illərdir ki, beynəlxalq təşkilatlardan münaqişənin sülh yolu ilə həllini tələb edir, süni danışıqların nəticə vermədiyini anladır və artıq xaqlın və dövlətin səbrinin tükəndiyini, öz ərazilərini işğaldan azad etmək məcburiyyətində qaldığını bəyan edir. Bunu bütün dünya dövlətləri birdəfəlik anlamalıdır.

Ali Baş Komandan İlham Əliyev çox açıq və konkret şəkildə erməni terrorizminin arxasında dayanan güclərə xəbərdarlıq etdi, bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıdığını anlatdı. Ermənilərin hiyləgərliklə və xəbisliklə hərbi təxribatlar törətməsinin yaxşı nəticələnməyəcəyini bəyan etdi. Bu gün hamı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, onun əmrini gözləyir. Əmin olmaq lazımdır ki, Qarabağ ermənilərdən tezliklə azad olunacaq”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:42 30.10.2020

Hikmət Hacıyev: “FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"

23:28 30.10.2020

"Bir azərbaycanlı xanım olaraq Sənin üçün əlimdən gələni etməyə hazıram" - VİDEO

23:11 30.10.2020

Bakcell Bərdə sakinlərinə dəstək göstərib

22:56 30.10.2020

Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - VİDEO

22:39 30.10.2020

Baş prokuror Kamran Əliyev “Haber Global”da ermənilərin mülki əhalimizə qarşı cinayətlərindən danışıb - VİDEO

22:20 30.10.2020

Kamran Əliyev: “Ermənilərin bizim mülki əhaliyə hücumları Ordumuzun uğurları ilə əlaqədardır”

22:18 30.10.2020

İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 438-ə çatıb

21:54 30.10.2020

Hikmət Hacıyev: "Dualarımız qardaş Türkiyə ilə birlikdədir"

21:48 30.10.2020

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

21:36 30.10.2020

Baş Prokuror: “Azərbaycan hökuməti mülki şəxslər arasında itkilərin olmaması üçün əlindən gələni edir”

21:27 30.10.2020

Cəbrayıldan yeni - Fotolar

21:19 30.10.2020

Mehriban Əliyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir”

20:59 30.10.2020

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

20:51 30.10.2020

Koronavirusa yoluxan Koçaryanın Moskva səfəri alınmadı

20:46 30.10.2020

Azərbaycan Prezidenti Məsud Yılmazın vəfatı ilə bağlı başsağlığı verib

20:27 30.10.2020

Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb