Azərbaycan ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 1992-ci il təvəllüdlü Əmiraslanov Mehman Əmiraslan oğlu tabeliyindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib ki, ölümün səbəbləri araşdırılır.