Azərbaycan “Eurovision-2020" mahnısının klipi təqdim olundu - VİDEO

MAQAZİN
15:12 10.03.2020
4417
İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin mahnı və klipini təqdim edib.

Qurumdan AZXEBER.COM-a verilən xəbərə görə, Samira Əfəndi "Kleopatra” mahnısı ilə Rotterdamda (Niderland) səhnəyə çıxacaq.

Təqdim olunan mahnının müəllifləri niderlandlı Allan Roy Skott, Sara Leyk və Lyuk Van Birsdir. Bu kompozisiyanın prodüserləri isə müəlliflərdən biri olan Lyuk Van Birs, digəri isə Toni Kornelissendir. Mahnıda etnik motivlər müasir səs ilə ahəngdar şəkildə uzlaşır. Kompozisiyada YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan milli aləti tar, həmçinin balaban və ud səslənir.

Mahnının müəlliflərinin qeyd etdiyi kimi, "Kleopatra” azadlığı, daxildən gələn səsə güvəni, hər şeyin çətinləşdiyi, xüsusilə də kiminsə sizə xəyanət etdiyi və ya zərər verdiyi məqamlarda belə "şahzadə” olaraq qalmağı bacarmağı, bunun üçün güc tapmağı təlqin edən kompozisiyadır. Mahnı mürəkkəb sevgi tarixçəsi, dərdi və xəyanəti yaşamış, lakin öz gücünü göstərmiş və tarixdə qadın müstəqilliyinin rəmzi kimi yadda qalmış Kleopatranın timsalında insanlara olduqları kimi qalmağı, ruh yüksəkliyini və özləri ilə fəxr etməyi bacarmağı aşılayır.

Mahnının klipi Qobustan Tarixi Qoruğunda quruluşçu rejissor və operator Aleks Lamax tərəfindən çəkilib. Klipin prodüseri İsa Məlikovdur. Qeyd edək ki, bu, uzun müddət ərzində ilk dəfə "Avroviziya" mahnı müsabiqəsi üçün Azərbaycanda çəkilən klipdir.

Daha öncədən də "Avroviziya" müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi "Yeni ulduz", "Böyük Səhnə” (3-cü yer) və "Səs Azərbaycan" (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. Samira Əfəndi 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı "Open up!” ("Açıl!") olan "Avroviziya-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi "Avroviziya-2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.
 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:11 30.09.2020

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub

23:08 30.09.2020

XİN: Ermənistan muzdluları gətirməklə terrorçuluğu nümayiş etdirir

23:06 30.09.2020

Son dəqiqə! Daha bir erməni generalı məhv edildi

22:43 30.09.2020

Türkiyə məscidlərində Azərbaycan Ordusu üçün dualar edilir - VİDEO

22:03 30.09.2020

Düşmənə məxsus 8 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib

21:58 30.09.2020

Ermənilər Saakaşvilini Azərbaycana dəstəyə görə fəxri tituldan məhrum edir

21:36 30.09.2020

Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı olub

21:29 30.09.2020

Goranboyun Tapqaraqoyunlu kəndi atəşə tutulub

21:27 30.09.2020

DTX əhaliyə müraciət etdi

21:06 30.09.2020

“ASAN xidmət”in sədrindən Şuşa paylaşımı - VİDEO

20:58 30.09.2020

“Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə hazırdır” - Lavrov

20:39 30.09.2020

Adil Əliyev: “Birləşmiş Millətlər Təşkilatının 28 ildən sonra nəsə tələb etməyə haqqı varmı?”

20:21 30.09.2020

Qarabağda erməni hərbçilərlə soyğunçular arasında silahlı toqquşma baş verib

19:56 30.09.2020

Gürcüstanın Baş naziri Bakı və Yerevana Tbilisidə danışıqlar aparmağı təklif etdi

19:46 30.09.2020

Deputat İran haqda: “Burada hansı islamdan, hansı müsəlmançılıqdan danışmaq olar?”

19:45 30.09.2020

İlham Əliyev Küveyt əmirinə başsağlığı verib

X Mostbet