Azərbaycan Gənclər Fondunun elanı Avropa Şurasının gənclər portalında yerləşdirildi
GƏNCLİK
12:20 11.05.2012
1826
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu gənclər arasında Fondun loqosunun dizaynı ilə bağlı müsabiqə elan etmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd isə gənclərin Fondun fəaliyyətində yaxından iştirak etməsini təmin etmək və gənclərin iştirakı ilə Fondun vahid loqosunu hazırlamaqdır. Azərbaycan Gənclər Fondunun mətbuat xidmətinin rəhbəri Aynur Həsənzadənin AZXEBER.COM-a verdiyi məlumata görə, fondun loqosunun dizaynı ilə bağlı müsabiqənin elanı 10 May 2012-ci il tarixində Avropa Şurasının gənclər portalında da yayımlanmışdır. Ətraflı: https://www.coe.int/t/dg4/youth/ Qeyd edək ki, loqo dizaynı üçün artıq çoxsaylı təkliflər gəlmişdir. Azərbaycan Gənclər Fondu gənclərimizi müsabiqədə aktiv iştirak etməyə dəvət edir. Müsabiqədə iştirak etmək istəyən şəxslər 25 may 2012-ci il saat 17:00-dək [email protected]/* */ elektron ünvanına loqo təklifini təqdim etməlidir. Daha ətraflı: www.youthfoundation.az.