Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər — FOTOLAR

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər — FOTOLAR
SOSİAL
12:32 29.08.2026
174
Dövlət Gömrük Komitəsi yanında Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.

AZXEBER.COM Komitəyə istinadən xəbər verir ki, idarənin "Qırmızı Körpü" gömrük postundan keçməklə ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən 11 adda 43 836 ədəd dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR