“Azərbaycan – gözəl diyar!” adlı layihənin icrasına başlayır

GƏNCLİK
18:18 03.09.2012
1533
“Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birlik, Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı ilə birgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan – gözəl diyar!” adlı layihənin icrasına başlayır.Layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələrin Azərbaycanın tarixini və mədəniyyətinı tanıtdırmaqdır. Layihə çərçivəsində 20 əcnəbi tələbənin ölkəmizin dörd regionuna səfəri planlaşdırılır. Səfərlər Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərinə nəzərdə tutulub. Burada tələbələr regionun tarixi abidələri, mədəniyyət güşələri ilə tanışlığı nəzərdə tutulub.Layihə üç ay müddətini əhatə edir və noyabr ayında bitəcəyi planlaşdırılır. Hal-hazırda səfərlə bağlı işlər görülür.

OXŞAR XƏBƏRLƏR