"Azərbaycan" Hacıbala Abutalıbovu məsuliyyətsizliklə günahlandırdı

"Azərbaycan" Hacıbala Abutalıbovu məsuliyyətsizliklə günahlandırdı
MEDİA
10:44 26.11.2011
2082
“Azərbaycan” rəsmi dövlət qəzeti qar yağdıqdan sonra Bakıda yaranan problemlərə toxunub. “Məsuliyyətsizlik iflici” adlı yazının müəllifi qəzetin baş redaktoru Bəxtiyar Sadıqovdur. AZXEBER.COM məqaləni olduğu kimi təqdim edir:Məsuliyyətsizlik ifliciDünən Bakının küçə və yollarında baş verənləri özgə cürə adlandırmaq mümkün deyilQışda qar yağır və çovğun olur. - Bunu ağlı kəsən hər adam bilir.Qar və çovğun olanda piyada və avtomobillərin hərəkəti çətin olur. - Bunu da qışda piyada və maşınla yola çıxanlar bilir.Qar yağmağa başlayanda (qurtarandan sonra yox) dərhal küçələrin təmizlənməsinə başlanmalı, yollara qum və ya duz səpilməlidir. - Bunu da bu sahədə vəzifə daşıyanlar bilməlidirlər!Yer sürüşkən olanda fərdi avtomobillərdən mümkün qədər az istifadə edilməlidir. - Bunu isə sürücülər unutmamalıdırlar.Bilməlilər bilməli olduqlarını bilməyəndə, vəzifəlilər məsuliyyətlərini unutduqda, xam və naşı sürücülər isə dünənki kimi çovğunlu havada küçəyə çıxdıqda Bakıda "ölü tıxac" yaranır.Bu il olmayan hadisə baş verdi: noyabrın əvvəllərində Bakıda qar və çovğun oldu, qış barmağını silkələyərək taxtına vaxtından qabaq çıxacağını bəyan etdi! Birinci çovğunda işıqlar tez-tez sönsə də Qurban bayramı hesabına verilən istirahət günləri birtəhər yola verildi. Noyabrın 23-dən24-nə keçən gecə başlayan qar və çovğun isə kimsənin eyninə gəlmədi. Nə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları əllərini ağdan-qaraya vurdular, nə də küçələrdəki avtomobillərin sayı azaldı! Mərəkə isə axşamtərəfi başladı. Günortadan sonra artıq donaraq buz bağlayan yollara səpilən qumun heç bir xeyiri olmadı. Hamı da evinə tez gedib isti çay içmək üçün işdən erkən çıxaraq sükan arxasına keçdi. Beləliklə, hər il qar yağanda baş verən hadisələr bir daha kəskin formada təkrarlandı! Maşınlar fırlanıb sürüşərək bir-birinə dəyir, yolun yoxuşunda dirənib yerində dayanır (təkərlər fırlansa da), bir-birinə söykənən avtomobillər neçə yüz metrlik “ölü tıxac”lar yaradırdılar. Əslində bunu “ölü tıxac” (yəni yerindən tərpənə bilməyən avtomobillərin tıxacı) yox, “məsuliyyətsizlik tıxacı” (vəzifə borcunu yerinə yetirməyən insanların laqeydliyindən və səhlənkarlığından yaranan tıxac) adlandırmaq daha doğru olardı.Hər il Bakı Şəhər İcra Hakimiyyəti, ona tabe strukturlar, yolların təmiri və vəziyyətinə baxan müvafiq strukturlar qışa yaxşı hazırlaşdıqlarını və heç bir problem olmayacağını bəyan edirlər. Amma elə ki, ilk qar yağır, soyuqlar düşür, paxırları açılır. Həmişəki kimi, yenə də qış onları “qəflətən” yaxalamış olur, paytaxt sakinləri olmazın əzab-əziyyətini çəkirlər. Bu məsuliyyətsizlik tıxacı təkcə küçələrdə gərginlik yaratsaydı, dərd yarı idi! Artıq xərçəng xəstəliyinə çevrilən və heç cürə müalicə olunmayan bu tıxac mənzillərə gələn təbii qazın borularında, istilik sisteminin işləməyən soyuq batareyalarında, elektrik enerjisi təçhizatı xətlərində, bəzən su kranlarında yol kəsərək əsəb və narahatlıq yaradır. Hər il sadalanan qurumların hamısına dövlət büdcəsindən ətək-ətək vəsait ayrılır. Hər il qışa hazırlıqla bağlı "görülən" işlərə ətək-ətək pul xərclənir. Dövlət pul tökür, amma vətəndaşı narazı qalır! Büdcədən pul qoparanlar sevinir, sakinlər isə deyinə-deyinə qazsız, işıqsız, susuz qalırlar.Sinoptiklər xəbər verirlər ki, noyabr ayında Bakıda son çovğunlar 1950 və 1956-cı illərdə olub. Hələ üzümüzə gələn dekabrda və yanvarda nələr olacaq, onu yalnız Allah bilir! Bəlkə təbiəti çək-çevirə salaq, məsuliyyətə cəlb edək! Belə də, amansızlıq və qəddarlıq olmaz axı! Görmür ki, insanlar necə əziyyət çəkir? Olmaz ki, Bakıda qış fəslini təxirə salsın? Elə həmişə isti və quru hava etsin? Ən böyük təqsir sinoptiklərdədi! Niyə irəlicədən qar və çovğun olacağını söyləyiblər?! Bəlkə dillərini dinc qoysaydılar heç təbiətin yadına Bakıya qar yağdırmaq düşməzdi! Şəhərin hər bir yanında insanlar saatlarla yollarda qalmaz, maşınlar əzilməz, işə gecikməzdilər!Bir neçə saat qaranlıqda qalıb sonra maşın tıxacına düşdükdən sonra qələmə əl atdım. Heç kimin də xətrinə dəymək fikrində deyiləm! Qoy hərə istədiyi kimi işləsin. Vətəndaş bir yol tapıb yaşayacaq!BŞİH-nin rəhbərliyi hər cür tənqiddən aşağıda durur! Odur ki, bu tənqidimizə də heç bir əhəmiyyət verib özlərini əziyyətə salmasınlar! Necə deyərlər, dünya belə gəlib, belə də gedəcək...Sürücülər də maşından düşməsinlər. İsti kabinədə, “ölü tıxac”larda saatlarla mürgüləməkdən “gözəl” nə var?!İşə gedib bir parça çörək qazanmaq üçün yola çıxaraq küçələrdə qalanlara isə Allahdan səbr diləyirik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi