"Azərbaycan Hava Yolları" milli şirkəti və Braziliyanın "Embraer" şirkəti iki "Embraer E190" təyyarəsinin alınması üçün 95,4 miılyon dollar dəyərində müqavilə imzalayıb.Braziliya şirkətinin məlumatına görə, müqavilə Farnboroda (Böyük Britaniya) keçirilən aviaşou zamanı imzalanıb.Bu təyyarələrin alınmasından sonra AZAL altı belə hava gəmisini istismar edəcək.