"Azərbaycan ilə Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir"

"Azərbaycan ilə Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir"
SİYASƏT
17:14 21.05.2024
286
Azərbaycan özünə dost bildiyi ölkələr üçün daim etibarlı strateji tərəfdaş olub və olaraq qalmaqdadır. Bu gün Bakı bütün dünya ilə səmimi və açıq danışır, ayrı-ayrı ölkələrlə münasibətlərini də məhz bu müstəvidə qurur. Azərbaycanın özünə səmimi dost, etibarlı tərəfdaş saydığı ölkələrdən biri də Belarusdur. Diplomatik əlaqələrin qurulduğu otuz bir il ərzində iki ölkə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında dost, yaxın münasibətlərin iki ölkə arasında əlaqələrə sirayət etdiyi göz qabağındadır.

SSRİ-nin dağılmasından sonra postsovet məkanında yaranmış mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, hər iki ölkə arasında münasibətlər xalqlarımızın maraqlarına uyğun şəkildə inkişaf edib. Buna görə də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri Prezident İlham Əliyevin qeyd etdiyi kimi zamanın sınağından çıxmış münasibətlərin inkişafına yeni güclü təkan verəcək. Azərbaycan və Belarus kommunist rejiminin süqutundan sonra münasibətlərini qoruyub saxlaya və inkişaf etdirə bildilər. Hər iki ölkədə səfirliklərin təsis olunmasından sonra ikitərəfli əməkdaşlıq daha da genişləndi. Müstəqillik illərində qarşılıqlı səfərlərin intensivliyi və imzalanmış müqavilələr siyasi-iqtisadi əlaqələrin dinamik inkişafı üçün müsbət zəmin yaratdı, münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxardı. Belarus lideri ilə görüşdə Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndirir. 

Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə, o cümlədən, maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənir. Bir sıra sahələrdə həyata keçirilən birgə layihələr, xüsusən, qeyri-neft sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin,  iştirakına şad olardı: "Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər. Nümayəndə heyətlərinin tərkibi də çox mətləblərdən xəbər verir”. 

Bu gün dünya sürətlə dəyişir və mürəkkəb geosiyasi reallıqlar fonunda münasibətlərin inkişaf dinamikasını diqqət mərkəzində saxlamağı zəruri edir. Tərəflər arasında imzalanmış dövlətlərarası sazişlər də belə deməyə əsas verir ki, iki dövlət malik olduğu potensialdan maksimum yararlanmaq istəyir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dollardır və Prezident Aleksandr Lukaşenkonun mətbuata bəyanatında vurğuladığı kimi tərəflər bu rəqəmi 1 milyard dollara çatdırmaq niyyətindədir. İndiyədək imzalanmış çoxsaylı sazişlər iqtisadi əlaqələrin inkişafı üçün güclü qanunvericilik bazası rolunu oynayır. Birjalararası əməkdaşlıq var, Azərbaycan Respublikası Birja Şuraları İctimai Birliyi ilə Belarus Universal Əmtəə Birjasının Memorandumu qüvvədədir. Belarusun 10 regionu ilə Azərbaycanın, xüsusən Qomel və Gəncə, Mogilyov və Sumqayıt, Qrodno və Qəbələ şəhərlərinin yaxın regionları arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq əlaqələri qurulur. Bakı ilə Minsk arasında qardaş şəhər əlaqələrinin yaradılması haqqında imzalanan memorandumun ölkələr arasında münasibətlərin inkişafına töhfə olacağı şübhəsizdir.

Səfər çərçivəsində cənab Lukaşenkonun Azərbaycan və onun lideri haqqındakı xoş sözləri hər birimizi qürurlandırdı. Regionda Azərbaycanın timsalında olduqca güclü, normal, lider ölkənin mövcudluğunu bildirən Belarus Prezidenti azərbaycanlı həmkarına xitabən, Siz regionu nəzarətdə saxlamağa qadir və bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, zaman Sizi seçib, Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız fikirləri Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzlu lider imicinin daha bir təsdiqi oldu.

Belarus Prezidentinin Qarabağa getməsi onun Azərbaycanla sadəcə tərəfdaş deyil, həm də sədaqətli dost olmasının mesajı idi. Eyni zamanda, Belarusun Qarabağın dirçəldilməsi prosesinə töhfə verməyə hazır olması iki dövlət arasındakı dostluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək olduğunu göstərmiş oldu. Səfərin ən yaddaqalan məqamı onun məhz Qarabağa– Füzuliyə, Şuşaya getməsi oldu. Bu, bir növ, Azərbaycana səfərə gələn dövlət və hökumət başçılarının rəsmi protokolunda qeyd olunmamış qaydadır. Azərbaycan Prezidenti dost və qardaş bildiyi qonağını Qarabağa, ilk növbədə, Şuşaya aparır. Məqsəd yüksək qonağa təkcə erməni vandallarının torpağımızda törətdikləri vəhşilikləri öz gözü ilə görmək imkanını yaratmaq deyil, həm də onu doğma yurdumuzun gözəlliyi, burada aparılan nəhəng bərpa-quruculuq işləri ilə tanış etməkdir. Belarus Prezidenti də seçilmişlərin siyahısında olan dost ölkənin başçısıdır. 

Bakı ilə Minsk arasındakı münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Buna görə də iki dövlət başçısının budəfəki görüşü səmərəli əməkdaşlığı daha da gücləndirir və ölkələrimiz arasında səmimi və müsbət münasibətlərin inkişafına güclü təsir göstərir.

Səlim MƏMMƏDOV,
Abşeron rayonu, Masazır kənd 5 nömrəli məktəbin direktoru
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu