Azərbaycan ilk dəfə 'Fort Boyard'da! - FOTOLAR

GƏNCLİK
13:15 06.07.2013
17045

Gənclər və İdman Nazirliyi və ATV telekanalının dəstəyi ilə Fransanın La Rochelle şəhərində keçirilən “Fort Boyard” yarışması start götürüb. Ümumilikdə yarışda 24 nəfər iştirak edir. AZXEBER.COM-un məlumatına görə, yarışmaya idmançılar, aparıcılar, gənclər təşkilatlarının nümayəndələri, müğənnilər qatılıblar.

4 iyul tarixində “Fort Boyard”da ilk yarışma baş tutub. Yarışın ilk günündə “Ekstrim” komandası -“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, kikboksçu, 17 qat Dünya çempionu Eduard Məmmədov, müğənni və televiziya aparıcısı Elnarə Xəlilova, televiziya aparıcısı İlhamə Bədəlova və “Qaliblər” komandası – boksçu Fərhad Acalov, gimnast Kamilla Məmmədova, quruluşçu rəssam, prodüsser Fərid Kərimov, televiziya aparıcısı Nanə Ağamalıyeva qarşılaşıblar.

Yarışmanın nəticələri hələlik gizli saxlanılır. Sentyabr ayından etibarən ATV telekanalında 10 həftə müddətində yarışlar nümayiş olunacaq.

Qeyd edək ki, “Fort Boyard” dünya şöhrətli tele-şoudur. 20 ildən artıqdır yayımlanır və bu müddət ərzində müxtəlif ölkələr bu yarışa qatılıb. Azərbaycan ilk dəfədir bu yarışa qatılır və təxmin edilir ki, ən reytinqli veriliş olacaq.

Yarışmanın aparıcıları Zaur Baxşəliyev və Mətanət Əliverdiyevadır.

OXŞAR XƏBƏRLƏR