"Azərbaycan-Çin münasibətlərinin uğurlu inkişafı"

"Azərbaycan-Çin münasibətlərinin uğurlu inkişafı"
SİYASƏT
11:31 26.07.2023
317
Azərbaycanın müstəqil milli dövlət kimi dinamik inkişaf yolunda inamla və əmin addımlarla irəliləməsini təmin edən strateji faktorlardan biri milli maraqlara əsaslanan və praqmatik xarici siyasətin həyata keçirilməsidir. Bu strateji kurs respublikamızın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib. Regional güc mərkəzi olan respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. 

Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Çin Xalq Respublikası Azərbaycanla çoxşaxəli münasibətlərin inkişafına, əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir. Tərəflər arasındakı əlaqələr çoxşaxəlidir və siyasi, iqtisadi münasibətlər, o cümlədən regional təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İqtisadi əlaqələrdən bəhs edərkən ilk növbədə vurğulamaq gərəkdir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf edən əməkdaşlıq münasibətləri ticari əlaqələrin perspektivi üçün mühüm strateji baza formalaşdırır. Ümumilikdə, mövcud olan siyasi-iqtisadi əməkdaşlıq əlaqələri bölgədə inteqrasiyanın sürətləndirilməsində önəmli rola malikdir. Bir sözlə, çoxtərəfli, bərabərsəviyyəli əməkdaşlığa əsaslanan Çin-Azərbaycan münasibətləri hər iki tərəfin milli maraqlarına xidmət etməklə yanaşı, müasir geostrateji reallıqların fonunda Cənubi Qafqaz bölgəsində, daha geniş anlamda Avrasiyada işbirliyi və təhlükəsizliyə fundamental töhfələr verir. Bütövlükdə Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir və hər iki ölkənin siyasi, iqtisadi potensialı yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır.
 
Ümumiyyətlə, Çin ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev ölkəmizlə Çin arasında əlaqələrin dərinləşməsinə böyük önəm verirdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev istər Azərbaycanda, istərsə də bu ölkədə Çinin yüksəksəviyyəli rəsmiləri ilə çoxsaylı görüşlər keçirib. Öz növbəsində Prezident İlham Əliyev də Çin Xalq Respublikasına dəfələrlə dövlət, rəsmi və işgüzar səfərlər edib. 

Sözsüz ki, qarşılıqlı münasibətlər böyük uğurların əldə olunmasında əsas faktordur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 22 iyul tarixində "China Global Television Network” televiziya kanalında yayımlanmış  müsahibəsində ifadə olunan fikirlər Azərbaycanla Çin arasında dostluq, qarşılıqlı anlaşmanın yüksək səviyyədə oluğunu bir daha göstərir. "Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür” – deyə müsahibəsində bildirən Azərbaycan Prezident İlham Əliyev bildirib ki, iqtisadi əməkdaşlıq məsələlərində də mövqelərimiz üst-üstə düşür. 

İki ölkə arasında münasibətlərin inkişaf dinamikasından bəhs edərkən nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın əhəmiyyətini də xüsusi vurğulamaq gərəkdir. Çinin təşəbbüskarı olduğu "Bir kəmər, bir yol” layihəsi çərçivəsində bu ölkə Azərbaycanı mühüm tərəfdaş kimi görür. "Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Xatırlatmaq istəyirəm ki, Çin Xalq Respublikasının Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn "Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası iki əsas inkişaf istiqamətini nəzərdə tutur: "İpək Yolu İqtisadi Kəməri” və "Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan "Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.

Göründüyü kimi, iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlıq mövcuddur və bu əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial var. Azərbaycan-Çin arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək və ölkələrimizin gələcək rifahına öz töhfəsini verəcəkdir.


İman ABDUYEV, Politoloq

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi