Azərbaycan ‘internetin düşmənlər’i siyahısında deyil – HESABAT

Azərbaycan ‘internetin düşmənlər’i siyahısında deyil – HESABAT
Bütün Xəbərlər
21:42 14.03.2012
1285

“Sərhədsiz Reportyorlar” təşkilatı tərəfindən 12 mart 2012-ci il tarixində “İnternetin düşmənləri” adlı illik hesabat dərc edilmişdir. Hər il Beynəlxalq senzura günü münasibətilə açıqlanan bu hesabatda “İnternetin düşmənləri” və “Nəzarətdə olan” ölkələrin siyahısı hazırlanır və cari vəziyyətə şərhlər verilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hesabatda birinci qrupa 12 ölkə – Bəhreyn, Belarus, Birma, Çin, Kuba, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Suriya, Türkmənistan, Özbəkistan və Vyetnam daxil edilmişdir. İkinci qrupda isə Avstraliya, Misir, Eritreya, Fransa, Hindistan, Qazaxıstan, Malayziya, Rusiya, Cənubi Koreya, Şri Lanka, Tayland, Tunis, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri yer almışdır.

Göründüyü kimi, Azərbaycan bu siyahılara daxil deyildir. 72 səhifəlik hesabatda ölkəmizin adı cəmi bir dəfə hesabatın son sətirlərində qeyd olunmuşdur və ümumi olaraq bildirilmişdir ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da onlayn informasiya azadlığının vəziyyəti diqqətdə saxlanılacaqdır. Bütün bunlara baxmayaraq, bəzi yerli mətbuatda ölkəmizin İnternetin düşmənləri siyahısında olduğu barədə yalan məlumat yayılmaqdadır.

Ümumilikdə isə Azərbaycanın adı 2002-ci ildən bəri İnternetin düşmənləri siyahısında sadalanmır və ölkəmizdə İnternetin istifadəsi gündən-günə genişlənir. 2011-ci ilin məlumatlarına əsasən ölkəmizdə İnternet istifadəçilərin sayı 65% yüksəlmişdir və onlardan yarısı genişzolaqlı xidmət istifadəçiləridir. Milli domendə qeydiyyata alınmış saytların sayı 14 minə yaxındır, bloqların sayı minlərlədir, Facebook istifadəçilərinin sayı 800 minə çatmaqdadır.

OXŞAR XƏBƏRLƏR