Azərbaycan meteoroloqları meteohəssas insanları ehtiyatlı olmağa çağırır
Bütün Xəbərlər
13:44 08.10.2012
921
Bakı və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru güclənəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 19-22, gündüz 27-32, axşama doğru 24-26 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında oktyabrın 9-da hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.