“Yalan və uydurmadır”.
Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı növbəti məlumat yalan və uydurmadır.
Bu barədə AZXEBER.COM-a Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.
Müdafiə Nazirliyi bəyan edir ki, erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər, Ermənistandan çağırılan hərbi qulluqçularla Dağlıq Qarabağın yerli erməniləri arasındakı daxili çəkişmələrin nəticəsində bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə Azərbaycan tərəfini günahkar çıxarmağa cəhd göstərir.
“Heç şübhəsiz ötən gecə cəbhədə baş verən hadisə də məhz bu qəbildəndir”, - deyə, nazirlikdən bildiriblər.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.