Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub - FOTOLAR

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub - FOTOLAR
İQTİSADİYYAT
14:38 14.09.2026
575
"AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana işgüzar səfər çərçivəsində "Altynken” qızıl mədəni və "Kyrgyzaltyn” şirkətinin Kara-Balta şəhərində yerləşən affinaj zavodunu ziyarət edib. 

Nümayəndə heyəti Qırğızıstanın Çuy vilayətində yerləşən "Altynken” mədəninin fəaliyyəti, istehsalat infrastrukturu və qızıl hasilatının əsas mərhələləri ilə tanış olub. Mütəxəssislər filizin şaxta üsulu ilə karxanadan istehsal sahələrinə daşınması, emalı və digər texnoloji proseslər barədə məlumat veriblər. Bildirilib ki, "Altynken” qızıl mədəni Qırğızıstanın "Kyrgyzaltyn” şirkəti ilə Çinin iri mədənçilik korporasiyası "Zijin Mining” arasında yaradılmış birgə müəssisə tərəfindən 2016-cı ildən etibarən istismar olunur. 

Səfər zamanı istehsal sahələrinə baxış keçirilib, filizin emalı texnologiyası, tətbiq olunan texniki həllər və sənaye təhlükəsizliyi standartları ilə tanışlıq olub. Tərəflər arasında mədən sənayesi, qızıl hasilatı və istehsal prosesləri üzrə təcrübə mübadiləsi aparılıb, müasir texnologiyaların tətbiqi və gələcək əməkdaşlıq imkanları ilə bağlı müzakirələr keçirilib.

Daha sonra nümayəndə heyəti Kara-Balta şəhərində yerləşən affinaj zavoduna baş çəkib. Burada istehsal infrastrukturu və texnoloji proseslər, laboratoriya və keyfiyyətə nəzarət sistemləri, təhlükəsizlik standartları, eləcə də ekoloji və istehsalat tələbləri barədə məlumat verilib.

Qonaqlar qızıl külçələrin istehsal sahəsinə baxış keçirərək məhsulların hazırlanması prosesi ilə tanış olublar. Mütəxəssislər qızıl məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, həmçinin istehsal prosesinin əsas mərhələləri barədə məlumat veriblər. 

Səfər çərçivəsində tərəflər qızıl sənayesində istehsal texnologiyalarının tətbiqi, qabaqcıl təcrübələrin öyrənilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, səfər "AzerGold” QSC ilə "Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında imzalanmış Memorandum çərçivəsində həyata keçirilib.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU