Azərbaycan Ordusunun əsgəri avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib.
AZXEBER.COM-un məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.Belə ki, həmin hərbi hissədə xidmət edən əsgər, Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılan 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləməklə yanaşı baş verən hadisə ilə bağlı araşdırma aparıldığını bildiriblər.