Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib
Bütün Xəbərlər
11:39 18.12.2013
901
Azərbaycan Ordusunun əsgəri tabeliyindəki silahla özünü vurub.

APA- nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Nazim Hamlet oğlu Zahirov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR