Azərbaycan polisinin böyük əməliyyatından görüntülər - FOTOLAR

Azərbaycan polisinin böyük əməliyyatından görüntülər - FOTOLAR
Bütün Xəbərlər
12:59 10.12.2014
5555
Bu gün səhər saatlarında Bərdə rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəbəkə ifşa olunub.
Bərdə rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, ölkədə narkotika alverilə məşğul olan şəbəkə barədə məlumat daxil olan kimi xüsusi əməliyyat təşkil olunub.
Əməliyyat Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Bərdə rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilib.
Keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan 7 nəfər banda üzvü tutulub.
Saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitələr də tapılıb.
OXŞAR XƏBƏRLƏR