‘Azərbaycan’ qəzetində namizədlərlə bağlı püşkatma - FOTO

‘Azərbaycan’ qəzetində namizədlərlə bağlı püşkatma - FOTO
SİYASƏT
16:43 17.09.2013
1511
«Azərbaycan» qəzetində prezidentliyə namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarının dərci ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib
AZXEBER.COM-a daxil olan məlumata görə, oktyabrın 9-da keçiriləcək perezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına artıq start verilib. Rəsmi dövlət qəzeti olan «Azərbaycan» qəzeti də namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb. Dünən «Azərbaycan» qəzetinin redaksiyasında namizədlərin təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib.
Qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən redaksiya Püşkatma Komissiyasının sədri, «Azərbaycan» qəzetinin Parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli bildirib ki, rəsmi dövlət nəşri olan «Azərbaycan» qəzeti 9 oktyabr prezident seçkilərinin təbliğat və təşviqat kampaniyasında fəaliyyətini Azərbaycan Respublikasının Seçki Məcəlləsinin və Mərkəzi Seçki Komissiyasının «Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında» Təlimatına əsasən müəyyənləşdirib. Rəsmi dövlət qəzeti prezidentliyə qeydə alınmış namizədlər üçün ödənizsiz əsaslarla təşviqat materiallarına yer ayırıb:
«Qanunvericiliyə uyğun olaraq həftəlik nəşr səhifələrimizin ən azı 10 faizini prezidentliyə qeydə alınmış namizədlər üçün ödənişsiz əsaslarla təşviqat materiallarına ayırmalıyıq. Həftədə 6 dəfə 8 səhifə həcmində nəşr olunan qəzetimizin müvafiq olaraq, hər təşviqat həftəsi üçün 5 səhifəni qeydə alınmış namizədlər üçün bərabər bölünmə qaydasında ayırır».
İxtiyar Hüseynli əlavə edib ki, üç təşviqat həftəsi çərçivəsində 10 namizədin təbliğat-təşviqat materialları qəzetin cümə, şənbə və bazar günü nömrələrində nəşr olunacaq: «Qəzetdə dərc ediləcək təbliğat-təşviqat materialları hər namizəd üçün A-2 formatlı qəzetdə yarım səhifə, yəni 1000 kv.sm nəzərdə tutulur. Namizədlərin reklam materiallarının dərci ardıcılığında ədalətlilik və bərabərhüquqluluq təmin olunub. Belə ki, hər namizədin ilk səhifədə, yaxud da qəzetin üst hissəsində təşviqat materialını yerləşdirmək imkanı olacaq».
Sonra namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib.
Püşkatmadan sonra səlahiyyətli nümayəndələri maraqlandıran bütün suallara aydınlıq gətirilib. Püşkatmanın şəffaf keçirildiyini bildirən, həmçinin prosedur qaydalarının ədalətli olduğunu xüsusi vurğulayan səlahiyyətli nümayəndələr sonda təklif veriblər. «Azərbaycan» qəzetində keçirilən püşkatmanın bütün tərəflərin razılıqla qarşılaması və seçki qanunvericiliyinə tam uyğunluğu nəzərə
alınaraq digər üç rəsmi KİV üçün bu püşkatma qaydalarının meyar kimi seçilməsi, onların da namizədlərin təşviqat materiallarının məhz bu formatda səhifələrində yerləşirmələri birgə təşəbbüs kimi irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Botoksdan sonra nitq pozuntusu və iflic riski – Dermatoloq xəbərdarlıq etdi
16:46 29.07.2026
Botoksdan sonra nitq pozuntusu və iflic riski – Dermatoloq xəbərdarlıq etdi
Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası
16:38 29.07.2026
Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası
Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR
16:28 29.07.2026
Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR
Ürəkdən orqan transplantasiyasınadək – Ən bahalı əməliyyatların qiyməti
16:20 29.07.2026
Ürəkdən orqan transplantasiyasınadək – Ən bahalı əməliyyatların qiyməti
Hörmüz boğazı bağlı qalarsa, dünya iqtisadiyyatını nə gözləyir? - AÇIQLAMA
15:56 29.07.2026
Hörmüz boğazı bağlı qalarsa, dünya iqtisadiyyatını nə gözləyir? - AÇIQLAMA
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
15:41 29.07.2026
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
15:30 29.07.2026
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
Estetik əməliyyatlara maraq niyə artıb? - "Mimika dəyişir, robota oxşayırlar" – VİDEOSORĞU
15:28 29.07.2026
Estetik əməliyyatlara maraq niyə artıb? - "Mimika dəyişir, robota oxşayırlar" – VİDEOSORĞU
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
15:23 29.07.2026
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
Sosial şəbəkədə dini təhqirin cəzası nədir? – Qanun nə deyir?
15:21 29.07.2026
Sosial şəbəkədə dini təhqirin cəzası nədir? – Qanun nə deyir?
Ceyranbatan-Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
15:16 29.07.2026
Ceyranbatan-Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
Göygöldə vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:10 29.07.2026
Göygöldə vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
Zaqatalada kütləvi zəhərlənmə: Prokurorluq araşdırma aparır
14:58 29.07.2026
Zaqatalada kütləvi zəhərlənmə: Prokurorluq araşdırma aparır
Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir!
14:46 29.07.2026
Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir!
Cənub bölgəsində toyuqlar niyə kütləvi tələf olur? – Ekspertdən açıqlama
14:34 29.07.2026
Cənub bölgəsində toyuqlar niyə kütləvi tələf olur? – Ekspertdən açıqlama
2 avtobusun marşrut xətti dəyişdirilir
14:27 29.07.2026
2 avtobusun marşrut xətti dəyişdirilir