Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu
SOSİAL
16:03 22.04.2026
327
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvləri, ictimaiyyət nümayəndələri və media mənsublarının iştirakı ilə qurumun yenilənmiş aqc.az internet saytının rəsmi təqdimat mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbiri giriş sözü ilə açan AQC sədri Vüqar Oruc rəqəmsallaşma dövründə qiymətləndirmə sektorunun şəffaflığının təmin edilməsində texnoloji yeniliklərin rolundan bəhs edib. V. Oruc qeyd edib ki, yeni platforma cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara inteqrasiyası və ictimaiyyət üçün daha əlçatan olması istiqamətində mühüm addımdır: "Məqsədimiz həm peşəkar qiymətləndiricilər, həm də dövlət və özəl sektor nümayəndələri üçün vahid, etibarlı və operativ məlumat mənbəyi yaratmaqdır. Yeni sayt bu sahədəki dağınıqlığı aradan qaldıracaq və peşəkar fəaliyyətin monitorinqinə töhfə verəcək.”

Vüqar Oruc çıxışında media nümayəndələrinə təşəkkür edərək AQC-nin fəaliyyətinin işıqlandırılmasında yaxından iştirak etdiklərini və bununla da təşkilatın fəaliyyətində mühüm yer tutduqlarını vurğulayıb.

AQC İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Orxan Əli yeni platformanın funksional imkanları barədə geniş təqdimatla çıxış edib. O, portalın həm peşəkar qiymətləndiricilər, həm də vətəndaşlar üçün əhəmiyyətini vurğulayaraq yenilikləri diqqətə çatdırıb. Bildirib ki, saytda mövcud yeniliklər həm qiymətləndiricilər, həm də bu sahəyə aid şəxslər üçün əhəmiyyət kəsb edir. Bölmələr arasında keçidlərin rahatlığı və istifadə üçün asan mexanizmlər saytı daha da rahat edib.

Tədbirdə çıxış edənlər AQC-nin fəaliyyətinin son dövrlərdə xüsusilə aktiv fazaya keçdiyini vurğulayıb. Qeyd olunub ki, yeni saytın istifadəyə verilməsi də AQC fəaliyyətinin daha yaxından izlənməsinə şərait yaradacaq.

Tədbirin sonunda media nümayəndələrinin tikinti və söküntü işləri ilə bağlı sualları AQC-nin Tikinti və köçürülmə üzrə qiymətləndirmə və konsultasiya komissiyasının üzvləri, tanınmış iqtisadçı-ekspertlər Elnur Fərzəliyev, Firdovsi Xəlilov və Asif İbrahimov tərəfindən cavablandırılıb
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
16:12 03.11.2026
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
16:01 03.11.2026
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
15:47 03.11.2026
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
15:41 03.11.2026
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
15:24 03.11.2026
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Təhsilli hərbçilərə şad xəbər – “Yeni qərar zabitlərin motivasiyasını artıracaq”
15:19 03.11.2026
Təhsilli hərbçilərə şad xəbər – “Yeni qərar zabitlərin motivasiyasını artıracaq”
Xəstəxanalarda xidmət çeşidləri artırılacaq - TƏBİB
14:56 03.11.2026
Xəstəxanalarda xidmət çeşidləri artırılacaq - TƏBİB
“Yelo Bank” reysqabağı yoxlama ödənişini yenilədi - ƏDV seçimi əlavə olundu
14:48 03.11.2026
“Yelo Bank” reysqabağı yoxlama ödənişini yenilədi - ƏDV seçimi əlavə olundu
Qəzzada ölənlərin sayı 74 min 615-ə yüksəldi
14:29 03.11.2026
Qəzzada ölənlərin sayı 74 min 615-ə yüksəldi
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
14:26 03.11.2026
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib - FOTOLAR
14:23 03.11.2026
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib - FOTOLAR
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
13:54 03.11.2026
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
40 mindən çox insan doğma yurda qayıdıb – Böyük Qayıdışda yeni mərhələ
13:45 03.11.2026
40 mindən çox insan doğma yurda qayıdıb – Böyük Qayıdışda yeni mərhələ
Hərbçilərlə bağlı mühüm qərar: Müddət azaldılır!
13:24 03.11.2026
Hərbçilərlə bağlı mühüm qərar: Müddət azaldılır!
Tramp seçkidən sonra İrana qarşı hansı addımı atacaq? - Müharibə arealı genişlənir?
13:22 03.11.2026
Tramp seçkidən sonra İrana qarşı hansı addımı atacaq? - Müharibə arealı genişlənir?
Uşaqlara süni intellektdən istifadə məhdudlaşdırılacaq? – GÖRÜNMƏYƏN TƏHLÜKƏ
13:20 03.11.2026
Uşaqlara süni intellektdən istifadə məhdudlaşdırılacaq? – GÖRÜNMƏYƏN TƏHLÜKƏ