“Azərbaycan - Rusiya münasibətləri normallaşma mərhələsinə keçib” - Siyasi şərhçi

“Azərbaycan - Rusiya münasibətləri normallaşma mərhələsinə keçib” - Siyasi şərhçi
SİYASƏT
22:40 24.10.2025
181
Xəbər verdiyimiz kimi, bu gün Rusiya prezidenti Vladimir Putin İlham Əliyevə zəng edib. 

Düşənbədə keçirilən MDB sammitindən sonra Rusiya və Azərbaycan arasında bir sıra aktual ikitərəfli məsələlər müzakirə olunub. Tərəflər ticarət-iqtisadi əlaqələrin inkişafı və enerji, nəqliyyat və logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. 

Siyasi şərhçi Asif Nərimanlı AZXEBER.COM-a deyib ki, Azərbaycan və Rusiya münasibətlərdə Düşənbə görüşündən sonra böhranın arxada qaldığını görürük:

"Görüşdən əvvəl isə Azərbaycan təyyarəsinin vurulması məsələsi iki tərəfli münasibətlərdə ciddi problemlər yaratmışdı. Vəziyyətin bu həddə çatmasının əsas günahkarı Rusiya idi. Azərbaycanın məqsədi isə Rusiya ilə münasibətləri pisləşdirmək yox, vurulan təyyarə ilə bağlı tələblərin yerinə yetirilməsi, günahkarların cəzalandırılması idi. Düşənbə görüşündə Putin bu məsələləri rəsmi olaraq qəbul etdiyini bildirib. Münasibətlərin bu həddə çatmasında Rusiyada Azərbaycanın qarşı qüvvələrinin də rolu olduğu görünür. Bu vəziyyət Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə ciddi problemlər yaratmışdı”.

Ekspert deyib ki, sözügedən telefon danışığı tərəflər arasında əvvəlki səviyyədə əlaqələrin bərpasına start verib: 

"Bu zəngdə iki tərəfli münasibətlər, həm regional, həm də beynəlxalq məsələlər müzakirə olunub. Rusiya üçün əsas məqsəd, təyyarə böhranından sonra yüksək səviyyədə əlaqələri bərpa etmək, həmçinin Cənubi Qafqazdakı mövqelərini gücləndirməkdir. Ukrayna müharibəsindən və AZAL-ın təyyarəsinin vurulmasından sonra bölgədə Rusiyanın mövqeləri zəifləyib. Rusiya regionda kommunikasiyaların açılmasında iştirakını təmin etməyə çalışır. Rusiya əvvəllər Cənubi Qafqazı öz nəzarəti altında saxlamaq niyyətində idi, lakin Vaşinqton razılaşması bu imkanları məhdudlaşdırdı. Buna baxmayaraq, Rusiya reallıqlar çərçivəsində mövqelərini gücləndirmək və Şimal-Cənub nəqliyyat dəhlizində iştirak imkanlarını artırmaq istəyir. Bu, həm yeni bazarlara çıxmaq, həm də siyasi və iqtisadi müttəfiqlər qurmaq baxımından vacibdir. Bu nəqliyyat dəhlizi təbii olaraq Azərbaycandan keçir”.

A.Nərimanlı qeyd edib ki,  Azərbaycan-Rusiya münasibətləri normallaşma mərhələsinə keçib:

"Azərbaycan-Rusiya münasibətləri normallaşma mərhələsinə keçib və bundan sonra ciddi problemlərin yaranacağı gözlənilmir. Rusiya Azərbaycana ehtiyatlı yanaşacaq və bu siyasət çərçivəsində münasibətləri davam etdirəcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR