Azərbaycan səfiri: "Ermənistan heç vaxt müstəqilliyini tam təsdiq edə bilməyib"

Azərbaycan səfiri: "Ermənistan heç vaxt müstəqilliyini tam təsdiq edə bilməyib"
SİYASƏT
18:22 24.11.2022
351
"Ermənistan heç vaxt rəsmi müstəqilliyini tam təsdiq edə bilməyib".

Bu barədə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanovun İsrailin "The Jerusalem Post” qəzetində dərc olunan "Ermənistan, "İbrahim razılaşması”ndan öyrən, Azərbaycan ilə sülhə imza at” başlıqlı məqaləsində qeyd edilib.

Məqalədə bu yaxınlarda London şəhərində keçirilən "İbrahim razılaşması”nın ildönümü tədbirində Baş nazir Rişi Sunak "İbrahim razılaşması”nın tərəfdarlarının əldə edəcəkləri faydalardan bəhs etməsindən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionun davamlı sabitliyi və inkişafı üçün dayanıqlı sülh, ən düzgün seçimi etməsindən söz açılıb.

Baxmayaraq ki, Qafqazda kontekst nisbətən fərqlidir, Ermənistan Azərbaycan arasında normallaşma prosesində əldə olunacaq divident sülh razılaşmasının açar elementlərindən biri olaraq qalmaqdadır. Regional inteqrasiya və iri infrastruktur layihələrinə rəhbərlik edən Azərbaycan rifah və inkişaf səviyyəsini dinamik artırmaqla, Ermənistana nəqliyyat və iqtisadi əlaqələrin normallaşdırılması və bərpası istiqamətində irəliləməyi təklif edib. Bununla belə, Azərbaycanın praqmatik, reallığa əsaslanan yanaşmasının qarşısında Ermənistanın mövcud olduğu regionun tam inteqrasiya olunmuş hissəsi olmaq üçün davam edən ideoloji və özünə zərər vuran istəksizliyinin şahidi oluruq.

Azərbaycanın qətiyyətli hərbi qələbəsindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana münasibətlərin tam normallaşmasını təklif etməsi dünya miqyasında nadir bir hadisədir. Ermənistanın otuz il davam edən qeyri-qanuni işğalı, qaçqın və məcbur köçkünlərimizin öz doğma yurd-yuvalarından ayrı düşməsi, 44 günlük müharibə zamanı ermənilərin bizim şəhərlərimizə raket hücumlarına baxmayaraq, bu təklif bir daha Azərbaycanın ədavətə, nifrətə son qoymaq istəyini sübut edir. Buna görə də Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyasına əsaslanan beş bənddən ibarət sülh sazişi təqdim etdi.

Səfir Süleymanov artıq Ermənistanın real sülhə doğru hərəkət etməsi vacibliyini söyləyib. Sülh prosesini ləngitmək və ya beynəlxalq aktorları bir-birinə qarşı qoymaq deyil, Ermənistanın gələcəyi üçün məsuliyyəti öz üzərinə götürmək lazımdır.

Ermənistan heç vaxt rəsmi müstəqilliyini tam təsdiq edə bilməyib, torpaqlarında xarici hərbi bazalara və sərhədlərini qoruyan xarici sərhərçilərə malik olmasını nəzərə alaraq, hələ də KTMT, İran və Fransa kimi havadarlarından dəstək istəməkdədir. Bununla belə, regionumuzun və Ermənistanın öz yaxın tarixindən ən bariz dərsi də nəzərdən qaçırmaq olmaz. Əsl sülh danışıqlarından imtina edərək və 30 illik münaqişə ərzində Ermənistan çoxsaylı beynəlxalq vasitəçiliyə malik sülh təkliflərini rədd etdi və öz suverenliyinin xaricdən verilməsi hərtərəfli məğlubiyyətə və Ermənistan vətəndaşlarının nəsilləri üçün böyük fürsət əldən verilməsinə gətirib çıxardı.

Azərbaycan beynəlxalq tərəfdaşların, o cümlədən Britaniya və İsrail şirkətlərinin iştirakı ilə erməni işğalı nəticəsində viran qalmış şəhərlərimizin yenidən qurulmasına və dirçəldilməsinə diqqət yetirdiyi halda, Ermənistanın gecikdirmə taktikası ilə bir daha öz gələcəyini zərbə altında qoyur. Normallaşma təkcə iqtisadi fayda ilə bağlı deyil, həm də köhnə yaraların sağalması, qonşular arasında düşmənçilik və yadlıqların aradan qaldırılması üçün möhkəm zəmin yaradır. Dünya tarixi bunun üçün əlverişli alternativ təklif etmir.

Bu yaxınlarda Azərbaycan Parlamentində İsraildə səfirliyinin açılması qərarı Azərbaycan İsrail arasında tərəfdaşlığı daha da möhkəmləndirəcəkdir. Bununla yanaşı, Azərbaycan israillilərlə fələstinlilər arasında sülhün tərəfdarı və Fələstin xalqının dostu kimi Ramallahda təmsilçilik ofisi açacağını da bəyan edib. Bölgəmiz ətrafında iğtişaşların intensivləşdiyi və dünyada gərginliyin getdikcə daha da artdığı bir vaxtda Ermənistanın sazişlərdən nümunə götürməsinin, gələcəyə baxaraq sülh üçün tarixi fürsəti əldən verməməsinin vaxtı çatıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
13:32 03.07.2026
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
13:29 03.07.2026
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
13:17 03.07.2026
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
12:57 03.07.2026
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
12:54 03.07.2026
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
12:47 03.07.2026
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
12:42 03.07.2026
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
12:35 03.07.2026
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
12:33 03.07.2026
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
12:20 03.07.2026
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
12:09 03.07.2026
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
Pezeşkian Paşinyanla görüşdü
12:06 03.07.2026
Pezeşkian Paşinyanla görüşdü
Eldar Əzizov yeni rəis təyin etdi
12:05 03.07.2026
Eldar Əzizov yeni rəis təyin etdi
Hərbçimiz futbol oynayan zaman öldü
12:04 03.07.2026
Hərbçimiz futbol oynayan zaman öldü
İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
11:50 03.07.2026
İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
İlham Əliyev Lukaşenkonu təbrik etdi
11:37 03.07.2026
İlham Əliyev Lukaşenkonu təbrik etdi