“Azərbaycan Sənayə Siğorta”ya yeni idarə heyətinin sədri təyin edildi

İQTİSADİYYAT
21:37 08.08.2019
5250
"Azərbaycan Sənaye Sığorta" ASC-nin İdarə Heyətinin (İH) sədri dəyişib. 

AZXEBER.COM xəbər verir ki, şirkətin yeni İdarə Heyətinə  Orxan Əfəndiyev sədrlik edəcək. O,  bu təyinatadək "A-Qrup Sığorta” ASC-nin İH-nin sədr müavini olub. 

Orxan Əfəndiyev 2008-2012-ci illərdə "A-Qrup Sığorta" ASC,  2012-2016-cı illərdə "Azərbaycan Sənaye Sığorta" ASC-də çalışıb. 2016-cı ildən "Günay Sığorta" ASC- nin  və A-Qrup ASC-in İH-nin sədr müavini olub. O, Azərbaycanın ilk aktuarilərindən biridir. 

Qeyd edək ki, Orxan Əfəndiyev ixitsasca riyaziyyatçıdır. Bakı Dövlət Universitetində magistratura təhsili alıb, prezident təqaüdçüsü olub.
OXŞAR XƏBƏRLƏR