Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsində ilk ev oyununu keçirəcəyi stadion müəyyənləşib.
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan - Serbiya qarşılaşması martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Oyun saat 20:00-da başlayacaq.