"Azərbaycan-Sloveniya mədəniyyət axşamı” adlı tədbir keçirildi

"Azərbaycan-Sloveniya mədəniyyət axşamı” adlı tədbir keçirildi
SOSİAL
02:00 24.03.2016
2002
Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyanadakı ofisinin təşəbbüsü və dəstəyi ilə Sloveniyanın Ştayerska regionunun Kunqota şəhərində “Kunqotada Novruz. Azərbaycan-Sloveniya mədəniyyət axşamı” adlı tədbir keçirilib.
Tədbirdə səfir Qalib İsrafilov və səfirliyin əməkdaşları, Ştayerska region administrasiyasının rəhbərliyi, Kunqotanın və Avstriya ilə sərhəd olan Şpilfeld şəhərinin merləri, Sloveniya parlamentinin üzvləri və həmçinin yerli iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Diplomatik nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qədim Azərbaycan yurdunun tarixinə və zəngin mədəniyyətinə aid rəngarəng fotoekpozisiyalar təqdim edilib.
Tədbirin açılış mərasimində səfir Qalib İsrafilov, Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev, Kunqota şəhərinin meri İqor Stropnik, Sloveniya parlamentinin üzvü Rudi Matyaşiç və digərləri çıxışlar ediblər.
Qalib İsrafilov çıxışında qonaqlara Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, xüsusilə də xalqımızın əsrlərdən bəri süzülüb gələn Novruz bayramı haqqında ətraflı məlumat verib, son illər ölkəmizdə aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlardan danışıb.
Azər Xudiyev Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini qeyd edib. Bildirib ki, gündən-günə artan iqtisadi qüdrəti sayəsində Azərbaycan müasir, Qərb ilə Şərqin qədim mədəniyyətini özündə ehtiva edən tolerantlıq məkanına çevrilib.
Tədbirdə Sloveniyanın bir sıra mədəniyyət və incəsənət xadimləri çıxış edərək son illər ölkələrimiz arasında inkişaf edən dostluq və qardaşlıq əlaqələrindən söz açıblar.
Bayram mərasimi konsert proqramı ilə davam etdirilib. Konsertdə Sloveniya milli folklorunun nümunələri, azərbaycanlı musiqiçilər Jalə Rəsulovanın və Təhminə Abdullayevanın ifasında Arif Məlikovun, Vasif Adıgözəlovun, Fikrət Əmirovun, Cövdət Haciyevin, Qara Qarayevin əsərləri və “Sarı gəlin” xalq mahnısı ifa olunub.
Mərasimin sonunda Azərbaycan və Sloveniya milli mətbəxinin ləziz təamlarının təqdim edildiyi ziyafət verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir