Xəbər verdiyimiz kimi Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı çərçivəsində Azərbaycan tarixində ilk dəfə Art Kamp keçiriləcək.
AZXEBER.COM-un məlumatına görə, Art-kampda peşəkar aktyor və rejissorlar tərəfindən pulsuz ustad dərsləri və müxtəlif janrlarda seminarlar təşkil ediləcək. Festivalın icraçı direktoru Ramil Ağasiyev art kamp haqqında AZXEBER.COM portalına açıqlama verib: “Art Kamp bu günə qədər Azərbaycanda olmayıb.Əcnəbi ölkələrdə hər il keçirilir və bu art kamplar ödənişli olur.Azərbaycanda ilk dəfə olaraq, bunu biz edirik və bu Art Kamp Gənclər və İdman Nazirliyinin dəstəyinə görə, tamamilə ödənişsizdir. Buna görə festivalın icra komitəsi adından şəxsən nazir Azad Rəhimova yaradılan şərait üçün minnətdarlığımızı bildiririk”. Ağasıyevin dediyinə görə, kampda Şeyx Əbdül, Baba Vəziroğlu. Bəhram Osmanov, Azad Şükürov və başqa incəsənət xadimləri master-klas keçəcəklər.
Qeyd edək ki, Art-Kamp 25-27 noyabr tarixlərində 100-dən çox gəncin iştirakı ilə AGİN-in Şüvəlandakı kompleksində olacaq