08:12 çərşənbə, 26 Fevral 2020
KRİMİNAL

Azərbaycan terrorçuluqda təqsirləndirilən şəxsi İnterpola verib - FOTO

17:21, 26.09.20132615
Azərbaycan terrorçuluqda təqsirləndirilən şəxsi İnterpola verib - FOTO
Azərbaycan hüquq-mühafizə orqanları terrorçuluqda təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilir ki, Bakı şəhər sakini, 49 yaşlı Nadir Şıxzadayev terrorçuluq, əvvəlcədən əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girərək qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə və bir sıra digər ağır cinayətlərdə təqsirli bilinir.

Azərbaycanın hüquq-mühafizə orqanları onun barəsində axtarış elan etməklə tutulması üçün İnterpola müraciət edib.//apa

XƏBƏR LENTİ