Azərbaycan Texniki Universitetində rüsvayçılıq, 7 milyon oğurlandı - FOTOLAR

Azərbaycan Texniki Universitetində rüsvayçılıq, 7 milyon oğurlandı - FOTOLAR
Bütün Xəbərlər
11:38 13.12.2012
5839

Bir neçə gün əvvəl ölkə başçısı Azərbaycan Texniki Universitetinin (ATU) təmir-bərpası üçün Prezidentin Ehtiyyat Fondundan ilkin olaraq 3.5 milyon manat ayırıb. Xatırladaq ki, 2006-2011-ci illər ərzində ATU binasının təmir üçün dövlət büdcəsinin investisiya xərclərindən 7 milyon manat ayrılmışdı. 2012-ci ildə ilkin olaraq bu istiqamətdə hər hansı bir vəsaitin ayrılmadığı göstərilsə də, ilin son ayında PEF-dən bu ayırma şübhə doğurur.

Sözügedən ali məktəbə yollanıb 5 ildə (2006-2011-ci illər) görülən təmir və bərpa işi ilə maraqlandım. ATU-nda gözümüzə ilk görünən ali məktəbin binasının həyətinin zibillli olması idi. Zibil qabları boşaldılmamışdı.

Mühafizəçi olmadığından ali məktəbə sərbəst daxil ola bildik. Yuxarı mərtəbələrə doğru addımlamaq üçün qaranlıq dəhlizlə getməli oldum. Gözümüzə tələblər az dəyirdi. Dərs olmayan auditoriyalara çox idi. Onlardan bir neçəsinə daxil olub müşahidələr apardım. Zibil dolu auditoriyalarda zülmət içindədir, eelektrik sistemi sıradan çıxıb.Dəhlizdə olduğu kimi auditoriyaların da divarlarının boyası qopub tökülüb. Qapılar, partalar yararsız durmdadır. Hətta sınıq şüşəsi olan pəncərələrə rast gəldik. Havaların soyuq keçməsinə baxmayaraq istilik sistemi işləmir. Yararsız partaların bir hissəsi dəhlizdə saxlanılır.

Gördüklərimizdən belə nəticəyə gəldik ki, 2006-2011-ci illər ərzində ATU-nun binasında təmir işləri üçün dövlət büdcəsindən ayrılan 7 milyon manat təyinatı üzrə sərf olunmayıb. Olunsaydı, ali məktəbin korpuslarında təmirli, bərpa olunmuş bir dəhlizə, auditoriyaya rast gəlinərdi.

Tələbələr dedilər ki, 7 milyon vəsait çox güman ki, ali məktəb rəhbərlərinin-rektor, prorektor, dekan, kafedra müdrlərinin otaqlarını təmirinə sərf olunub: “Hər tədris ilində burada fəhlələri görürük, ancaq haranı təmir və bərpa edirlər, xəbərsizik. Bu işlər dəhliz və auditoriyalarda olsaydı, biz görərdik siz də”-, deyə tələbələrdən biri bildirdi.

İnzibati Təsərrüfat işləri üzrə prorektor Abuzər Mirzəliyevin otağına yollandıq. Prorektorun köməkçisinə ali məktəbə gəlişimizin səbəbini anlatdıqda bildirdi ki, A.Mirzəliyev tədbirdədir. Əlaqə saxlamaq üçün (012) 539 12 73 nörməli telefon nömrəsini verdi. Günün sonuna qədər əlaqə saxlasaq da zəngimizə cavab verən olmadı.

//”Bizim Yol” qəzeti

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
18:56 26.08.2025
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb