Azərbaycan universitetlərindən birində 19 kafedra bağlanacaq

Azərbaycan universitetlərindən birində 19 kafedra bağlanacaq
Bütün Xəbərlər
14:25 08.01.2016
1668

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) struktur dəyişikliyi aparılacaq və 19 kafedra bağlanacaq.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki,ADNSU-nunrektoru Mustafa Babanlı bildirib ki, universitetdə kafedraların birləşdirilməsi işləri gedir: "Hazırda universitetdə 47 kafedra var. Fevral ayında kafedraları birləşdirib 28 edəcəyik".

Onun sözlərinə görə, hazırda universitetin laboratoriyaları dayenilənir.

Rektor deyib ki,ADNSU-da semestr imtahanlarının gələcəkdə şifahi formada götürülməsiplanlaşdırılır: "Bunun üçün müəllimlərin dürüstolduqlarına, prosesin şəffaf keçəcəyinə tam əmin olmalıyıq. Bu il universitetdə qeyd edilən məsələ ilə bağlı bir eksperiment keçirmişik.Universitet üzrə 700 müəllimdən ancaq 14-ü şifahi imtahan götürmək üçün seçilib. Dekanlıqlar onların işinə qarışmır. O müəllimlər tələbənin sevimliləridir, çünki onlar düzgün, təmiz və rüşvətdən uzaq təhsil işçiləridir".

Rektorun sözlərinə görə, növbəti seçimlərdə şifahi imtahan götürən müəllimlərin sayının çoxalacağı istisna deyil: "İmtahangötürən müəllimlər ictimai rəyə əsasən seçilib".

OXŞAR XƏBƏRLƏR