“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub

“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
İQTİSADİYYAT
15:41 29.07.2026
200
"Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” uşaqların müdafiəsi və rifahının təmin olunması istiqamətində işini davam etdirir. Cari ilin ilk altı ayı ərzində qaynar xəttə ümumilikdə 3751 müraciət daxil olub.
 
Ötən ilin eyni dövrü ilə müqayisədə müraciət sayında nəzərəçarpacaq artım müşahidə olunur.

Statistikaya əsasən, müraciətlərin böyük hissəsi (1245 müraciət) psixoloji dəstəyə ehtiyacla bağlı olub. Zorakılıq halları üzrə 819 müraciət məişət zorakılığı, psixoloji, fiziki, cinsi, iqtisadi və sosial zorakılıq, etinasızlıq, həmçinin bullinq və kiberzorakılığı əhatə edib.

Eyni zamanda, hüquqi yardıma ehtiyacla bağlı 386, təhsil üzrə 179, səhiyyə ilə bağlı 70 müraciət qeydə alınıb. 

Sosial məsələlərlə bağlı daxil olan 360 müraciət sığınacaqla təmin olunma, intihar düşüncələri və intihara cəhd halları, eləcə də uşaqların istismarı və onların həssas vəziyyətindən sui-istifadə ilə əlaqədar olub. Digər 692 müraciət isə müxtəlif mövzular üzrə ümumi suallar və məlumat sorğularını əhatə edib.
Müraciətlərin 1895-i qadın, 1020-si kişi tərəfindən, 836-sı isə anonim şəkildə edilib. Yaş bölgüsü üzrə isə müraciətlərin 2445-i 15–18 yaş, 1009-u 11–14 yaş, 297-si isə 10 yaşadək uşaqlarla bağlı olub. 

Xidmət çərçivəsində müraciət edən şəxslərə psixoloji dəstək, hüquqi məsləhət və sosial istiqamətdə yönləndirmə xidmətləri göstərilib.

Qeyd edək ki, "Uşaq Qaynar Xətti”nin fəaliyyəti yalnız müraciətlərin cavablandırılması ilə məhdudlaşmır. Xidmət eyni zamanda uşaqlar, valideynlər və cəmiyyət arasında məlumatlılığın artırılması, təhlükəsiz mühitin təşviqi və erkən müdaxilə mexanizmlərinin gücləndirilməsi istiqamətində də fəaliyyətini davam etdirir.

Xidmətin əsas məqsədi çətin vəziyyətə düşmüş uşaqlara dəstək göstərmək, onların hüquqlarının qorunmasına töhfə verməkdir. Məxfiliyin qorunması xidmətin əsas prinsiplərindən biridir və daxil olan məlumatlar yalnız zəruri hallarda, müraciət edənin razılığı ilə aidiyyəti qurumlara ötürülür.

Hazırda 116111 qısa nömrəsi, mobil nömrələr (+994 50 680 22 80, +994 51 580 22 80,  +994 51 880 11 80), elektron poçt ([email protected]), rəsmi internet səhifəsi, Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), "Uşaq Qaynar Xətti” mobil tətbiqi vasitəsilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” "Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir aya 10 kilo arıqlamaq mümkündür? – Dietoloq açıqladı
17:09 29.07.2026
Bir aya 10 kilo arıqlamaq mümkündür? – Dietoloq açıqladı
Botoksdan sonra nitq pozuntusu və iflic riski – Dermatoloq xəbərdarlıq etdi
16:46 29.07.2026
Botoksdan sonra nitq pozuntusu və iflic riski – Dermatoloq xəbərdarlıq etdi
Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası
16:38 29.07.2026
Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası
Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR
16:28 29.07.2026
Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR
Ürəkdən orqan transplantasiyasınadək – Ən bahalı əməliyyatların qiyməti
16:20 29.07.2026
Ürəkdən orqan transplantasiyasınadək – Ən bahalı əməliyyatların qiyməti
Hörmüz boğazı bağlı qalarsa, dünya iqtisadiyyatını nə gözləyir? - AÇIQLAMA
15:56 29.07.2026
Hörmüz boğazı bağlı qalarsa, dünya iqtisadiyyatını nə gözləyir? - AÇIQLAMA
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
15:41 29.07.2026
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
15:30 29.07.2026
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
Estetik əməliyyatlara maraq niyə artıb? - "Mimika dəyişir, robota oxşayırlar" – VİDEOSORĞU
15:28 29.07.2026
Estetik əməliyyatlara maraq niyə artıb? - "Mimika dəyişir, robota oxşayırlar" – VİDEOSORĞU
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
15:23 29.07.2026
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
Sosial şəbəkədə dini təhqirin cəzası nədir? – Qanun nə deyir?
15:21 29.07.2026
Sosial şəbəkədə dini təhqirin cəzası nədir? – Qanun nə deyir?
Ceyranbatan-Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
15:16 29.07.2026
Ceyranbatan-Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
Göygöldə vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:10 29.07.2026
Göygöldə vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
Zaqatalada kütləvi zəhərlənmə: Prokurorluq araşdırma aparır
14:58 29.07.2026
Zaqatalada kütləvi zəhərlənmə: Prokurorluq araşdırma aparır
Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir!
14:46 29.07.2026
Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir!
Cənub bölgəsində toyuqlar niyə kütləvi tələf olur? – Ekspertdən açıqlama
14:34 29.07.2026
Cənub bölgəsində toyuqlar niyə kütləvi tələf olur? – Ekspertdən açıqlama