Azərbaycan və Almaniya xarici işlər nazirləri görüşüb - FOTO
Bütün Xəbərlər
15:14 19.10.2012
1144
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ətrafında müzakirələr aparılıbOktyabrın 18-də xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Qido Vestervelle ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı sülh prosesinin cari vəziyyəti və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ətrafında müzakirələr aparılıb.Bu il iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinin qeyd edildiyi və ötən illərdə yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin iki ölkə arasında gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm özül yaratdığı vurğulanıb. Azərbaycan və Almaniyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının gündəliyində duran məsələlər və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.