"Azərbaycan və Ermənistan arasında sülh Şərqlə Qərbin əlaqələri üçün yeni perspektivlər yaradır"

"Azərbaycan və Ermənistan arasında sülh Şərqlə Qərbin əlaqələri üçün yeni perspektivlər yaradır"
SİYASƏT
13:18 15.10.2026
213
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AQEM çərçivəsində nəqliyyat əlaqəliliyi strategiyasının birgə hazırlanmasını təklif edib.

Tokayev bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün plenar iclasında deyib.

O bildirib ki, Avrasiyanın kəsişməsində yerləşən region geniş nəqliyyat və əlaqəlilik imkanlarına malikdir.

Tokayevin sözlərinə görə, ortaq dəhlizlər dövlətlər arasında uzunmüddətli etimadın qurulmasının ən təsirli vasitələrindən biridir.

Qazaxıstan Prezidenti qeyd edib ki, avtomobil yolları, dəmir yolları və dəniz limanları ölkələrin iqtisadiyyatlarını və xalqlarını birləşdirir.

Tokayev Cənubi Qafqazda uzaqgörən liderliyin nəticələrini gördüklərini vurğulayaraq, Azərbaycan və Ermənistan arasında formalaşan barışıq prosesini alqışlayıb. Onun sözlərinə görə, onilliklər davam edən qarşıdurmadan sonra iki ölkə arasında yaxınlaşma yeni imkanlar açır və Şərqlə Qərb arasında əlaqələr üçün yeni perspektivlər yaradır.

Qazaxıstan Prezidenti bildirib ki, güclü siyasi iradəsi və geniş iqtisadi potensialı ilə AQEM iri transsərhəd layihələrə dəstək vermək imkanına malikdir.

Tokayevin sözlərinə görə, təklif olunan strategiya regionun əsas beynəlxalq nəqliyyat marşrutlarının potensialının araşdırılmasına kömək edəcək. Bu marşrutlara "Bir kəmər, bir yol” təşəbbüsü, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Orta Dəhliz və TRIPP təşəbbüsü daxildir.

Qazaxıstan Prezidenti, həmçinin, enerji təhlükəsizliyinin ciddi təhdidlərlə üzləşdiyini və təchizat zəncirlərində fasilələrin getdikcə daha çox baş verdiyini bildirib.

Tokayev AQEM ölkələri arasında su əməkdaşlığı platformasının yaradılmasını da təklif edib. Tokayev vurğulayıb ki, Xəzərin region ölkələrinin və digər xalqların rifahı naminə sülh və əməkdaşlıq məkanı olaraq qalması üçün dənizin su ehtiyatları və ekologiyası birgə səylərlə qorunmalıdır. Qazaxıstan Prezidenti AQEM-in ekoloji istiqamətinin getdikcə daha aktual əhəmiyyət kəsb etdiyini qeyd edib. Onun sözlərinə görə, su qıtlığı və ekosistemlərin deqradasiyası Asiyanın ən ciddi problemləri sırasındadır. Tokayev bildirib ki, Asiya və Sakit okean regionunda dünya əhalisinin 60 faizi yaşayır, lakin dünya su ehtiyatlarının cəmi 35 faizi bu regionun payına düşür. Bu səbəbdən region adambaşına düşən su ehtiyatlarının həcminə görə dünyada ən aşağı göstəriciyə malikdir.

Qazaxıstan Prezidenti suyun daim əməkdaşlıq mənbəyi olaraq qalmasının vacibliyini vurğulayaraq, AQEM çərçivəsində Su Tərəfdaşlığı platformasının yaradılmasını təklif edib. O qeyd edib ki, təşəbbüs texnologiya mübadiləsinin, birgə tədqiqatların və suya qənaət edən həllərin tətbiqinin təşviqinə xidmət edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri
15:16 15.10.2026
Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri
Hakan Fidan və Lavrov Bakıda görüşüb
15:13 15.10.2026
Hakan Fidan və Lavrov Bakıda görüşüb
Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb
15:09 15.10.2026
Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
15:07 15.10.2026
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
"AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyirik"
15:06 15.10.2026
"AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyirik"
Liderlərin səmimi görüntüləri - Fotolar
15:04 15.10.2026
Liderlərin səmimi görüntüləri - Fotolar
“Sülh keçmişdə törədilənləri unutmaq demək deyil” – Politoloqdan AÇIQLAMA
14:56 15.10.2026
“Sülh keçmişdə törədilənləri unutmaq demək deyil” – Politoloqdan AÇIQLAMA
Türkiyə, Çin, Yaponiya, İspaniya… – Leysanın fəlakətə çevrildiyi ölkələr
14:41 15.10.2026
Türkiyə, Çin, Yaponiya, İspaniya… – Leysanın fəlakətə çevrildiyi ölkələr
“Ermənistana sanksiya yox, dəstək verildi”
14:20 15.10.2026
“Ermənistana sanksiya yox, dəstək verildi”
“Bakının havası tənəffüs yolları üçün zərərli kokteyldir” – XƏBƏRDARLIQ
14:16 15.10.2026
“Bakının havası tənəffüs yolları üçün zərərli kokteyldir” – XƏBƏRDARLIQ
Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
14:10 15.10.2026
Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
Vyetnam Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
14:04 15.10.2026
Vyetnam Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
Aydın Tağıyev: “Sülhün 2031-ci ilə qədər uzadılması Azərbaycan üçün qəbuledilməzdir”
13:50 15.10.2026
Aydın Tağıyev: “Sülhün 2031-ci ilə qədər uzadılması Azərbaycan üçün qəbuledilməzdir”
İlham Əliyev: Separatçıların liderləri üzərində məhkəmə Nürnberq tribunalının analoqu idi
13:42 15.10.2026
İlham Əliyev: Separatçıların liderləri üzərində məhkəmə Nürnberq tribunalının analoqu idi
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
13:25 15.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir
13:20 15.10.2026
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir