Azərbaycan və Qazaxıstan etnomediasiya sahəsində əməkdaşlığı inkişaf etdirir - VİDEO

Azərbaycan və Qazaxıstan etnomediasiya sahəsində əməkdaşlığı inkişaf etdirir - VİDEO
SOSİAL
16:34 21.10.2025
135
Qazaxıstan Xalqları Assambleyasının Manqıstau üzrə mediasiya şurasının nümayəndələri Azərbaycanla təcrübə mübadiləsi ilə bağlı Bakıda bir sıra görüşlər keçiriblər.

Qazaxıstan Xalqları Assambleyası Şurasının sədr müavini Gülmaydan Urozbayeva Yenicag.az-a bildirib ki, ölkəsində etnomediasiya 2022-ci ildən inkişaf etdirilir, dövlət başçısının xüsusi diqqət mərkəzindədir.

O qeyd edib ki, bu istiqamətdə Azərbaycanla təcrübə mübadiləsi aparmaq, birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək əsas məqsədlərdəndir:

"Biz birgə əməkdaşlıqla etnik zəmində baş verə biləcək hər hansı münaqişənin qarşısını ala bilərik. Öyrənmək istərdik ki, Azərbaycanda bu sahədə narahatlıq olarkən necə həll olunur”.

Etnomediasiyanın yeni bir istiqamət olduğunu vurğulayan G. Urozbayeva qeyd edib ki, qonşu ölkələrlə təcrübə mübadiləsi olduqca vacibdir:

"Etnomediasiyanın məqsədi etnik zəmində baş verən münaqişələrin həllindən daha çox belə bir halların baş verməməsi üçün preventiv tədbirlərin görülməsidir”.

Qazaxıstanın Manqıstau vilayəti Analar Şurasının sədri Amangül Cailxanova Yenicag.az-a bildirib ki, Azərbaycana səfər çərçivəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ilə görüş məhsuldar müzakirə ilə yadda qalıb. O qeyd edib ki, həmçinin TÜRKPA-da keçirilən görüş zamanı qurumla etnomediasiya strukturu arasında gələcək əməkdaşlıq müzakirə olundu.

"Biz Bakıda həmçinin ADA universitetində təhsil alan Qazaxıstanlı tələbələrlə görüş keçirdik. Onlar Azərbaycandakı təhsildən çox razıdırlar və magistratura, doktorantura pilləsində də təhsillərini davam etdirmək istəyirlər.

O qeyd edib ki, Bakı 9 saylı mediasiya təşkilatında görüş zamanı iki ölkənin mediasiya institutları, fərqli və oxşar cəhətləri, eyni zamanda təcrübə mübadilələri şərtləri müzakirə olunub.

Mangistau Vilayəti Xalq Komissarları Məclisinin üzvü Tağı Tağıyev isə Yenicag.az-a bildirib ki, nümayəndə heyətinin Azərbaycanda keçridiyi görüşlər iki ölkə arasında münasibətlərin inkişafına xidmət edib:

"Görüşlər zamanı ikitərəfli əməkdaşlıq müzakirə olundu. Hər bir görüş sülh və əminamanlığa xidmət edir, sülh olan yerdə birlik olacaq”.

Daha ətraflı videomüsahibələrdə:
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür